Alyanaq Ərik Tingi

Alyanaq Ərik Tingi

Alyanaq ərik tingi ən çox seçilən ərik növlərindən biridir. Zahiri görkəmi və cəlbediciliyi ilə diqqət çəkir. Saxlama müddəti uzun, daşınması  asandır, buna görə də tez-tüz bu növə üstünlük verilir. Həmçinin, bu növ çox tez yetişməsi ilə seçilir və tozlandırıcıları “Tokalıoğlu” və “İğdır Şalağı” növləridir.


Alyanaq Ərik Tinginin Xüsusiyyətləri

Alyanaq ərik tingi sadəcə meyvəsinin cəlbedici görünüşünə görə yox, həm də bir sıra xüsusiyyətlərinə görə sevilir və bu növə daha çox üstünlük verilir. Əsas xüsusiyyətləri arasında bunlar var:
Asanlıqla əraziyə yayılan və məhsuldar bir növdür;
Ağac gövdəsi möhkəmdir və sərt iqlim şəraitlərinə dözümlüdür;
Meyvələri orta böyüklükdədir, yanaq hissələri çox qızarır;
Meyvə ləti orta sərtlikdə və narıncı rəngdədir;
Çəyirdəyi acıdır;
Alyanak ərik tingi tez inkişaf edir və əkilməsindən 2-3 il sonra məhsul verir;
Məhsul yığımı tarixi ərazidən asılı olaraq dəyişir, ümumilikdə iyun ayınının əvvəllərində məhsul yığımı həyata keçirilir;
Dibçəkdə də yetişdirmək mümkündür.

 

Alyanaq Ərik Tingi Necə Əkilir?

Alyanaq ərik tingi digər ərik növləri kimi qış aylarında yağıntılı, yay aylarında isə isti bölgələri sevir. Ərik deyilən zaman ilk olaraq ağla Malatya bölgəsi gəlsə də, digər bir çox ərazilərdə də bu növ yetişdirilir.
İqlim şərtləri münasib olan yerlərdə ərik tinginin əkini yaz aylarında həyata keçirilir. Lakin alyanaq ərik tingi hər bir mövsümdə əkilə bilər. Əkin ərazisində bir neçə ting əkiləcəksə, əkin məsafəsi 4x5sm olaraq təyin edilir.
Alyanaq ərik tingi əkini zamanı 40-50 sm dərinlikdə çuxurlar qazılır. Onların genişliyinin 45-50 sm olması tövsiyə olunur. Əkindən sonra tinglər müntəzəm olaraq suvarılır. Əkindən sonra 15 gündə bir suvarma aparılması kifayətdir.