Antep Püstəsi Tingi (Peyvəndli)

Antep Püstəsi Tingi (Peyvəndli)

Antep püstəsi tingi (peyvəndli) çox sürətli şəkildə məhsul verən bir ağacdır. Saqqız ağacı ailəsinə aid olan qabıqlı bir meyvə kimi Qərbi Asiya, Yaxın Şərq və Aralıq dənizi bölgəsində yetişdirilir. Türkiyədə Cənub-şərqi Anadolu bölgəsində daha çox yetişdirilir. 
Antep püstəsi çox dəyərli bir meyvədir və düzgün qulluq edildiyi təqdirdə böyük gəlir qazandırır. Əsas məsələ doğru tingin seçilməsidir. Peyvəndli Antep püstəsi tingi xüsusiyyətləri və tez müddətdə məhsul verməsi ilə ən çox seçilən növlərdən biridir.


Peyvəndli Antep Püstəsi Tingi haqqında bəzi qeydlər

Peyvəndli Antep püstəsi tingi bir sıra önəmli və gözəl xüsusiyyətlərə malikdir. Onlardan bəziləri bunlardır:

  • Meyvələri salxım formasında və çəhrayı rəngdədir;
  • Tinglərə düzgün qulluq edildikdə 6-9 metr arası hündürlüyə malik ağaclara çevrilir;
  • Erkək və dişi çiçəklər fərqli ağaclarda yerləşir və külək vasitəsilə bir-birini tozlandırır.

Bir neçə peyvəndli ting əkilirsə, onların arasındakı məsafə 8-12 m olmalıdır. Bu məsafə əkin bölgəsinin xüsusiyyətlərinə görə dəyişə də bilər. Əkin zamanı 50-55 sm dərinlikdə, 50x50 sm genişlikdə çuxurlar qazılır. Nəticədə, kök daha rahat inkişaf edir və tinglər daha sürətlə böyüyür.
Peyvəndli Antep püstəsi tinginin il ərzində 650-760 mm aralığında yağıntıya ehtiyacı var. Yaz aylarında intensiv yağıntılardan sonra 20 gün ara ilə suvarma həyata keçirilir. Beləcə ting dövri yox, daha yaxşı və ardıcıl sürətlə inkişaf edir.
Antep püstəsinin yetişdirilməsi zamanı tozlandırılma məsələsinə xüsusi diqqət ayrılmalıdır. Bu tinglər erkək və dişi olmaqla iki yerə ayrılır. Problemsiz şəkildə tozlandırma aparmaq üçün əkin ərazisində  hər 10 dişi ağaca ən azı 1 erkək ağac olmalıdır. Erkək ağacın əkin bölgəsinin düzgün seçilməsi sonrakı məhsuldarlığa da bilavasitə təsir edir.
Hər püstə salxımında təqribən 120 çiçək olur. Bu çiçəklərdən 20-i meyvəyə çevrilsə, deməli, ağac məhsuldardır. 40 və ya daha çox çiçək meyvəyə çevrilirsə, bu artıq yüksək məhsuldarlıq göstəricisidir.
Məhsuldarlığa nail olmaq üçün erkək və dişi tinglərin say proporsiyasına diqqət yetirilməli, tinglərə düzgün qulluq göstərilməlidir. Erkək tinglərin önəmini burada xüsusi qeyd etmək lazımdır. Bütün qeyd olunan nüanslara diqqət yetirilsə, peyvəndli Antep püstəsi istehsalçıların gözləntilərini qarşılayır və bol məhsuldarlığı ilə onları sevindirir.