Bertina Badam Tingi

Bertina Badam Tingi

Bertina bada tingi İspaniya mənşəlidir. Bu növ olduqca sürətli inkişaf edir və çox məhsuldardır. Gec çiçəkləyir və meyvələri iridir. Ləpəsi böyük, meyvələri cəlbedici görkəmlidir və bu səbəbdən də kommersiya dəyəri yüksəkdir.

 

Bertina Badam Tinginin xüsusiyyətləri

Bertina badam tinginin əsas xüsusiyyətləri aşağıdakılardır:

  • Çox sürətlə inkişaf edir;
  • Əkildiyi əraziyə yayılmağı sevir;
  • Dözümlüdür;
  • Meyvələri uzun və ovaldır;
  • Tozlandırıcıya ehtiyacı yoxdur;
  • Xəstəliklərə qarşı müqavimətlidir;
  • Sərt (daş) badam qrupuna daxildir;
  • Gec çiçəkləyir;
  • Cənuba baxan və maili əraziləri sevir;
  • Çınqıllı və əhəngli torpaqlarda da əkilə bilər;
  • Səhv budanmaya qarşı həssasdır.

Meyvələri iridir. Gec çiçək açdığına görə donvurma riski azdır. Bütün xüsusiyyətlərinə görə ixraca uyğun bir növdür.


Bertima Badam Tinginin Əkini

Bertina badam tinginin əkini yaz aylarında aparılır. Qışı sərt olmayan bölgələrdə payız sonlarında əkilməsi tövsiyə olunur. Qışı sərt bölgələrdə isə yaz aylarında əkilməsi məsləhətdir.
Bertina badam tingi əkilməzdən əvvəl seçilən ərazi hazırlanmalıdır. Ərazi ilk növbədə şumlanmalı, sonra isə hər dekar üçün 4 ton yanmış tövlə gübrəsi əlavə edilməlidir. Şumlama prosesi gübrə torpaqla tam qarışanadək davam etdirilməlidir. Seçilən gübrə yanmış olmalıdır, yoxsa arzuolunmaz nəticələr yaşana bilər.
Bertina badam tingi əkilən zaman təqribən 60 sm dərinlikdə çuxur qazılır. Həmçinin, 6x6 m və 6x7 m əkin məsafələri tətbiq olunmalıdır. Nəzərə almaq lazımdır ki, bu ağac yayılmağı sevir, ona görə də əkin zamanı məsafəyə xüsusi diqqət ayrılmalıdır.