Chandler qoz becərilməsi

Chandler qoz becərilməsi

Chandler Qoz

Chandler qozu Amerikada Kaliforniya Universiteti tərəfindən təkmilləşdirilən və təkmilləşdiricisi W.H. CHANDLERin adını daşıyan və halhazırda Dünyada ən çox bilinən və istehsal edilən qoz növüdür. 

Amerikanın hər yerində demək olar ki, ən çox istehsal edilən, Türkiyədə də son 20 ildə salınan bağların haradasa hamısı chandler qoz növü ilə salınmaqdadır. Chandler qozu yekə, yumşaq qabıq tərkibi səbəbiylə xalq arasıda əllə sındırılan qoz, nazik qabıqlı qoz olaraq da adlandırılmaqdadır. Dünya qoz kommersiyasında 1-cı növbədə yerləşən chandler qozu, ağımtıl ləpə rənginin və dadının sayəsində həm istehlakçılar, həm də qoz bağı salacaq istehsalatçılar tərəfindən alternativsiz bir qoz növüdür. 

Chandler Qoz Tingi

Qoz bağı salmaq üçün investisiya edən investorların ən böyük çətinliklərindən birisi də investisiya mərhələsində ting seçməkdir. Çox diqqət yetirilməsi lazım gələn bir mövzu olan ting seçməkdə, ediləcək səhv ting almaq, illərdir çəkilən zəhmətin boşa getməsinə və maddi itkilərə yol verəcəkdir. Chandler Qoz Tingi seçmədə diqqət yetirilməsi lazım gələn mövzuların ən başında adıyla düzgün tingi almaq gəlməkdədir. Alınan ting doğrudan  Chandler Qoz Tingidir, bunu dəqiqləşdirmək lazımdır. Çox təəssüf ki, ölkəmizdə salınan bir çox bağda bu problem baş vermiş vəziyyətdədir. Qoz bağı investisiyası edən istehsalatçı illər sonra ilk meyvəni götürəndə fərq edir ki, aldığı ting chandler tingi deyil. 


Bunun kimi problemlərin baş verməməsi üçün, illərcə çəkilən zəhmətləri, vaxtı və pulu zibilə tullamamaq üçün Qoz tingi alınacaq olan ting istehsalatçısını seçərkən çox diqqətli olmaq lazım gəlməkdədir. Agrolidya, istehsal etdiyi qoz tinglərində investora 100 % adıyla düzgün qarantiyası verməkdədir. Mavi sertifikatlı qoz tingi satışı edən Agrolidya olaraq, öz bağlarımızdan götürdüyümüz peyvənd qələmləriylə peyvəndləmə edərək, adına düzgün mövzusunda sıfır risk götürməkdəyik. Kökünün keyfiyyəti ən üst səviyyədədir, sağlam tinglər yetişdirərək həm ölkə daxili, həm də ölkə xaricindəki investorlarımızın ən qısa müddətdə investisiyalarından bəhrə almaları üçün bütün dəstəyi satışdan sonra da verməyə davam edirik. 


Chandler Qoz Yetişdiriciliyi

Qoz yetişdiriciliyində ting seçməkdən sonrakı mərhələ, əkiləcək olan ərazinin hazırlanmasıdır. Ərazinin hazırlanması da tingin seçilməsi qədər əhəmiyyətli bir mərhələdir. Nə qədər keyfiyyətli bir ting alırsanız alın, yaxşı hazırlanmayan bir ərazidə təəssüf ki, sağlam bir bağ salmaq mümkün olmayacaqdır. Ərazinin hazırlanma mərhələsində buraxılan səhvlər də uzun illər boyunca qabağınıza problem və bilavasitə maddi itki olaraq çıxacaqdır. 


Əkiləcək olan ərazi uzun illərdir əkinçilik sahəsi olaraq istifadə edilmirsə, prioritetli olaraq üstündə varsa diri örtük təmizliyinin çox yaxşı edilməsi lazım gələcəkdir. Ərazinin üstündəki örtük kökləriylə birgə təmizlənmədiyi vaxt, qalan köklər qozdan tez böyüyəcək və traktorun işləməsinə mane olacaqdır. Bu cür bir əraziyə əkin ediləcəksə təmizlikdən sonra varsa mayillik hesablamaları çox yaxşı edilməlidir, edilə bilirsə, mümkün olduqca buldozerlə işçilik edilib mayili sahələr traktorun rahat işləyə biləcəyi bir vəziyyətə gətirilməlidir. Buldozerlə basmaqla traktor rahat işləmə şəraiti əldə edə bilmirsə və ya xərc çox artıra birbaşa talvarlama əməliyyatı da aparıla bilər. Talvar inşasında yağış sularının axış istiqamətləri də yaxşı hesablanmalıdır ki, yağışlarla birgə talvarlar çökməsin. 
 
Qoz bağı salınması düz və ya problemli bir mayililiyə sahib olmayan təmiz, illərdir əkinçilik edilən bir ərazidə aparılırsa, işlər məlumdur ki, digər növdəki əraziyə görə çox daha asan və daha az xərcli olacaqdır. Hər iki ərazi növündə də varsa ərazinin təmizliyindən sonra edilməsi zəruri olan əməliyyat buldozerlə partlatma işi olacaqdır. Ən az 75-80 sm olacaq qaydada ediləcək partlatma, torpağın qatı təbəqəsinin sınmasına və köklərin dərinlərə daha tez enməsinə köməklik göstərəcəkdir. Beləliklə, daha sürətli inkişaf edən bir ting və daha tez bar verən bir ağac hədəfinə çox daha asanlıqla çatılacaqdır.


Chandler Qoz Tingi Su Ehtiyacı 

Bazarda səhv bilinənin əksinə qoz çox su tələb edən bir bitkidir. Susuz qoz çətin yetişər, qoz su tələb etməz kimi fikirlər təəssüf ki, səhv məlumatdan ibarətdir. Susuz yetişən qozun ləpə məhsuldarlığı çox pis olacaqdır, qaralmış qozu yaxşı qiymətlərə satmaq imkanı olmayacağı kimi, suvarılan bir ərazidən alınan məhsul miqdarına görə çox çox aşağı olacaqdır.
Qoz bağlarında veriləcək olan su miqdarı torpağın quruluşu və iqlim şəraitinə görə dəyişməklə birgə May ayında 2 suvarma, İyun ayında 3 suvarma, İyul və Avqust aylarında həftədə bir suvarma, Sentyabrda 1, havanın vəziyyətinə görə 2 suvarma edilməsi lazım gəlir.  Bağın yerləşdiyi yerin payızda havaların soyuması və yağış yağması vəziyyətinə görə suyun kəsilməsinə qərar verilməlidir. Qışın yaxınlaşdığı vaxtlarda ani temperatura düşmələri və don vurma hadisələri, cücərməyə başlayan, yaşıl budaqların qurumasına səbəb olmaqdadır. 


Chandler Qoz Tingi Gübrələmək

Qoz bağı salınan ərazinin böyüklüyünə görə hər 30-40 hektarlıq sahədən, köklərin enəcəyi 1,5 m dərinliyə qədər götürülən profil nümunələrindən torpaq təhlilinin edilməsi bağın malikinin mənfəətinə olacaqdır. 

Torpaq təhlil nəticələrinə görə PH dəyərinin 7,5-in üstündə olması vəziyyətində əkin cərgəsinə toz kükürd tətbiq edilərək 30-40 sm dərinliyinə qədər qarışması təmin edilərək PH aşağı salına bilər. Torpağa tətbiq ediləcək kükürdün miqdarı, torpağın tərkibinə və PH dəyəri azaldılacaq olan torpağın dərinliyinə görə dəyişməkdədir. 
Geniş sahələrdə salınan Qoz bağlarında bütün sahəni gübrələmək çox xərc çıxardacağı üçün əkinin ediləcəyi çuxurlara gübrə tətbiq edilər. 60*60 sm açılan əkin çuxurlarının ən alt hissəsinə ting başına təxminən bir su stəkanı (150 qr qədər) DAP, KALİUM SULFAT, MAQNEZİUM SULFAT, SİNK SULFAT qatışığı gübrə tətbiq edilər. Üstünə bir neçə kürək torpaq atılandan sonra ting üstünə əkilər. 


Chandler Qoz Gübrələmə 

Qoz bağı salınan ərazilər ümumiyyətlə üzvi maddə cəhətindən çox zəif ərazilərdir. Bu səbəbdən ötəri, yanmış heyvan gübrəsindən üzvi maddə faizini artdırmaq üçün istifadə edilməkdədir. Ancaq heyvan gübrəsi xərclərinin də çox yüksək olması, yaxşı yanmamış gübrənin ərazini otlaşdırması və bəzi xəstəliklərin heyvan gübrəsi ilə daşınması səbəbiylə yaşıl gübrələmə seçilə bilər. Qoz tingləri tam məhsuldarlığa çatana qədər, cərgə aralarında ara əkinçilik planlaşdırılmırsa, vika və esparset kimi yaşıl gübrə bitkiləri yetişdirilib, çiçək açma dövrünün ortalarında torpağa qarışdırılaraq torpağın üzvi maddəsi çoxaldıla bilər. Həmçinin, yaşıl gübrələmə bitkiləri, havadakı azotu torpağa vermələrindən ötəri, torpağı da azot cəhətindən zənginləşdirərək bitkinin inkişafında çox böyük rol oyanayacaqdır.

Qoz bağında həmçinin tinglərin qüvvətli bir kök quruluşuna malik olması və torpağın üst hissələrində daha sağlam böyüməsini təşviq etmək üçün fərqli gübrə tətbiqlərinin edilməsi lazım gəlməkdədir. Ting və məhsuldarlıq dövründəki qozlara iki fərqli gübrə tətbiq edilməkdədir. 


İlkin gübrələmə baharda tomurcuqlardakı gözlərin şişməsindən bir neçə həftə əvvəl yerlik və torpaq altı gübrələmə qaydasında fosforlu, kaliumlu və azotlu gübrə tətbiq edilər. Sonrakı dövrlərdə isə torpaq təhlil nəticələri və bitkinin tələbinə görə gübrə tətbiqlərinə davam edilər.  

Açar Sözlər

salxim qoz agaci, turk qoz agaci satisi, Qoz agaci, Qoz növləri, Qoz haqqında məlumat, Qozun növləri, Qoz agaci satilir, Chandler qoz agaci, Qoz tinglərinin satışı, Turk qozu satisi, Qoz agaci haqqinda məlumat