Chandler qoz tingi

Chandler qoz tingi

Türkiyədə ən çox əkilən qoz tingi hesab olunan Chandler tinginin mənşəyi ABŞ-dır. Bu ting növü Azərbaycanda türk qozu kimi tanınır. Bol məhsulu ilə diqqət çəkən bu qozun meyvəsi orta və iri, qabığı isə nazikdir. 1400 m-ə qədər hündürlüyə malik istənilən bölgədə asanlıqla əkilə bilər.


Türkiyədə və dünyada ən çox əkilən qoz çeşidi kimi tanınır. Chandler qozu qabığından asanlıqla ayrılır. Chandler qoz tingi hündürlüyünə görə dəyişsə də, adətən, məhsul yığımı sentyabr ayında həyata keçirilir. Chandler qoz tingi hətta isti bölgələrdə də yarpaq zərərvericilərinə qarşı davamlıdır.


Chandler qoz tingi o qədər məhsuldardır ki, az qala bütün budaqlarında meyvə verir. Çox məhsul verdiyi üçün yavaş böyüyür, ona görə də ona bəzən “salxım qoz” və ya “cırtdan qoz” da deyilir. Chandler qoz tinginin məhsuldarlığı hətta havanın temperaturu yüksək olan bölgələrdə də yüksəkdir.


Bu qoz tingi suyu sevən ağac növüdür. Təbii ki, qoz tingləri mövsümi yağışlarla suvarılır, lakin onların xüsusilə yay günlərində əlavə suvarmaya ehtiyacı var. Bunun üçün ən uyğun suvarma üsulu kimi damcılı  suvarma sistemləri tövsiyə olunur. İlk illərdə qoz tingləri ərazinin xüsusiyyətlərinə uyğun olaraq 4-6 dəfə suvarılmalıdır. Qoz tinglərinin illik suya ehtiyacı hər ting üçün 1100-1400 mm-dir.


Agrolidya.com saytından peyvəndli, açıq köklü və borulu Chandler qoz tinglərini və bütün digər ting sortlarını təhlükəsiz şəkildə ala bilərsiniz. Şirkətimiz təkcə ting satışı və istehsalı ilə məşğul olmur, həmçinin peşəkar meyvə bağlarının salınmasını da həyata keçirir. A-dan Z-yə bütün texnoloji imkanlara malik Agrolidya dünyanın bir çox yerində meyvə bağları salmaqla məşğuldur. Ting alqı-satqısı və digər xidmətlərimizlə bağlıı istənilən vaxt əlaqə nömrələrimiz vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. Agrolidyanın peşəkar komandası hər zaman xidmətinizdə olacaq.

Agrolidya şirkəti Türkiyənin ən böyük ting istehsalçılarından biridir. Bütün tinglərimiz sertifikatlı və yüksək keyfiyyətlidir. Bu sertifikatlar Türkiyə Cümhuriyyəti Kənd Təsərrüfatı Nazirliyi tərəfindən lazımi yoxlamalardan keçdikdən sonra verilir. Aldığınız tingin sertifikatlı olmasına diqqət yetirməyinizi tövsiyə edirik, belə ki, bu zaman tingin növü, keyfiyyəti, məhsuldarlığı və s. məsələlər dövlət qurumları tərəfindən müvafiq yoxlamalardan sonra müəyyənləşdirilmiş olur.