Chandler qoz tingi (açıq köklü) Haqqında

Chandler qoz tingi (açıq köklü) Haqqında

Chandler qoz tingi olduqca məhsuldar bir növdür. Tinglər açıq köklü və qapalı (sellofanda) olmaqla iki növə bölünür. Qapalı tinglər ilin hər mövsümündə, açıq köklü tinglər isə noyabr və mart aylarında əkilir. Araşdırmalara əsasən, açıq köklü qoz tingləri daha müqavimətli olur. Həmçinin, açıq köklü qoz tingləri daha məhsuldar bir növdür.
Qoz bağlarının salınmasına investisiya etmək istəyirsinizsə, sizə ABŞ mənşəli Chandler qoz tingini tövsiyə edirik. Chandler qoz tingi 1400 m hündürlükdə yerləşən ərazilərdə yetişən ən məhsuldar ting növlərindən biri hesab edilir. Meyvələri orta böyüklükdə və iri, qabığı nazikdir. Azərbaycanda türk qozu olaraq da tanınan Chandler qoz növü meyvənin keyfiyyəti, yüksək məhsuldarlığı və uzun müddət saxlana bilməsinə görə yüksək müqavimətli bir növü hesab olunur.

Chandler qoz tingi son dönəmlərdə yalnız Azərbaycan və Türkiyədə deyil, bütün dünyada ən çox üstünlük verilən növlər arasındadır. Qoz bağlarının salınmasının böyük gəlir və səmərə gətirdiyini görən əkinçi və investorlar son illərdə qulluğu asan, məhsuldarlığı isə yüksək olan əkin növünə üstünlük verməyə başlayıb. Son zamanlarda aparılan araşdırmalara görə, qoz, badam, püstə və zeytun kimi məhsullar asanlıqla saxlana bilir və sulu meyvələrin əksinə, xarab olma təhlükəsi olmadığı üçün yüksək qazanc gətirir.

Hər bir əkinçi əkdiyi tingin minimum qısa müddətdə maksimum məhsul gətirməsini istəyir. Bunun üçün də ərazi və ting seçimi çox önəmlidir.

Son araşdırmalara görə, qoz istehsalı tələbatı tam ödəmir. Qoz istehsalı hər gün artmağa davam etsə də, dünya ölkələri yenə də kifayət qədər qoz istehsal edə bilmir və daxili tələbatlarını belə qarşılaya bilmir. Türkiyə dünyada qoz istehsalına görə 3-cü yerdə gəlsə də, daxili tələbatın yalnız yarısını qarşılaya bilir, yerdə qalan hissəsini isə dünya ölkələrindən idxal edir. Azərbaycan qoz istehsalına görə dünyada 24-cü yerdədir. Bu baxımdan, Azərbaycanda qoz istehsalının genişləndirilməsi olduqca faydalı bir təşəbbüsdür.

Dünya qoz istehsalında Azərbaycanın mövqeyi, yerləşdiyi ərazi və digər ümumi statistikalar nəzərə alındıqda aydın olur ki, həm Azərbaycanda, həm də Türkiyədə qoz istehsalına investisiya ayırmaq sərfəlidir. Bu investisiyanın 2 əsas faydası var: 1) daxili bazarın tələbatını qarşılamaq və idxalı azaltmaq və 2) fərqli istifadə məqsədlərini nəzərə alaraq onun üçün müvafiq bazarın tapılmasının asan olması. Həmçinin, nəzərə almaq lazımdır ki, Azərbaycanda qoz istehsalı hələ də ürəkaçan səviyyədə deyil və potensial bazar var.

Türkiyənin ən böyük sertifikatlı ting istehsalçılarından biri olan Agrolidya-nın yetişdirdiyi açıq köklü Chandler qoz tinglərini ilin hər mövsümündə əkmək olar. Bu növ əkildiyi ildə artıq 1-2 ədəd meyvə gətirməyə başlayır. Bu cür erkən meyvələr tingin sonrakı inkişafına mane ola bilər, ona görə də onları ilk 3 il ərzində qoparmağı tövsiyə edirik.

 

Chandler qoz tingi digər qoz növləri ilə müqayisədə 15-20 gün daha gec çiçəkləyir. Gec çiçəkləmə müsbət bir haldır, çünki məhz bunun nəticəsində tinglər yaz donvurmalarına qarşı müqavimətli olur. Yaxşı qulluq göstərilən və 5-6 yaşı olan Chandler qoz tingləri böyük qazanc gətirir, belə ki, bu zaman tinglərdən artıq ildə 25-30 kq məhsul götürmüək mümkündür.

Açıq köklü Chandler qoz tinglərini sifariş vermək və meyvə bağlarının salınması xidmətimiz haqqında məlumat almaq üçün əlaqə nömrələrimiz, WhatsApp və e-mail ünvanımız vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Agrolidyanın peşəkar komandası satışdan əvvəl və satışdan sonra sizə hər növ xidməti göstərməyə hazırdır.