Chandler qoz tingi (qapalı)

Chandler qoz tingi (qapalı)

 Azərbaycanda türk qozu olaraq tanınan Chandler qoz tingi olduqca məhsuldar bir növdür. Tinglər açıq köklü və qapalı (sellofanda) olmaqla iki növə bölünür. Qapalı tinglər ilin hər mövsümündə, açıq köklü tinglər isə noyabr və mart aylarında əkilir. Araşdırmalara əsasən, açıq köklü qoz tingləri daha müqavimətli olur. Həmçinin, açıq köklü qoz tingləri daha məhsuldar bir növdür.

            Agrolidya şirkəti olaraq Türkiyədə qoz, badam, püstə, zeytun və meyvə tingləri istehsal edirik. Bununla bərabər, UCB1 püstə saçaqları da daxil olmaqla, fərqli meyvə tinglərinin saçaqlarını da istehsal edirik. Tinglərimimiz dövlət tərəfindən təqdim olunan sertifikatlara malikdir.

            Agrolidya Türkiyədə və Azərbaycanda indiyə qədər çoxlu sayda meyvə bağlarının salınmasını həyata keçirmişdir. Meyvə bağlarının salınması layihələrimiz günü-gündən çoxalır. Fəaliyyət sahəmizə püstə, qoz, badam, zeytun tingləri və ting saçaqlarının istehsalı, habelə UCB1püstə saçağının istehsalı daxildir.

            Meyvə bağlarının salınması və sertifikatlı tingləri əldə etmək üçün siz də bizə müraciət edə bilərsiniz.

 

Qapalı Chandler qoz tingi nədir?

Qapalı ting kökləri adətən sellofan içərisində illərlə saxlanılır və ilin hər fəslində əkilə bilir. Bu ting köklərinin boyu açıq köklü tinglərlə müqayisədə daha qısa olur, ancaq əkildikdən sonra qısa müddətdə boy atır və aradakı fərq bir müddət sonra yox olur.

 

Açıq köklü Chandler qoz tingi nədir?

Yalnız qış mövsümündə əkilə bilən tinglər açıq köklü tinglər adlanır. Bu tinglər qış aylarının əvvəlində torpaqdan ayrılır və əkinə hazır hala gətirilir. Torpaqdan ayrıldıqdan sonra kökləri açıq şəkildə qaldığı üçün ona “açıq köklü ting” deyilir.

Chandler qoz tingi 1400 m hündürlükdə yerləşən ərazilərdə yetişən ən məhsuldar ting növlərindən biri hesab edilir. Meyvələri orta böyüklükdə və iri, qabığı nazikdir. Azərbaycanda türk qozu olaraq da tanınan Chandler qoz növü meyvənin keyfiyyəti, yüksək məhsuldarlığı və uzun müddət saxlana bilməsinə görə yüksək müqavimətli bir növü hesab olunur.

Chandler qoz tingi son dönəmlərdə yalnız Azərbaycan və Türkiyədə deyil, bütün dünyada ən çox üstünlük verilən növlər arasındadır. Qoz bağlarının salınmasının böyük gəlir və səmərə gətirdiyini görən əkinçi və investorlar son illərdə qulluğu asan, məhsuldarlığı isə yüksək olan əkin növünə üstünlük verməyə başlayıb. Son zamanlarda aparılan araşdırmalara görə, qoz, badam, püstə və zeytun kimi məhsullar asanlıqla saxlana bilir və sulu meyvələrin əksinə, xarab olma təhlükəsi olmadığı üçün yüksək qazanc gətirir.

Hər bir əkinçi əkdiyi tingin minimum qısa müddətdə maksimum məhsul gətirməsini istəyir. Bunun üçün də ərazi və ting seçimi çox önəmlidir.

Türkiyənin ən böyük sertifikatlı ting istehsalçılarından biri olan Agrolidya-nın yetişdirdiyi qapalı Chandler qoz tinglərini ilin hər mövsümündə əkmək olar. Bu növ əkildiyi ildə artıq 1-2 ədəd meyvə gətirməyə başlayır. Bu cür erkən meyvələr tingin sonrakı inkişafına mane ola bilər, ona görə də onları ilk 3 il ərzində qoparmağı tövsiyə edirik.

 

Chandler qoz tingi digər qoz növləri ilə müqayisədə 15-20 gün daha gec çiçəkləyir. Gec çiçəkləmə müsbət bir haldır, çünki məhz bunun nəticəsində tinglər yaz donvurmalarına qarşı müqavimətli olur. Yaxşı qulluq göstərilən və 5-6 yaşı olan Chandler qoz tingləri böyük qazanc gətirir, belə ki, bu zaman tinglərdən artıq ildə 25-35 kq məhsul götürmüək mümkündür.

Qapalı Chandler qoz tinglərini sifariş vermək və meyvə bağlarının salınması xidmətimiz haqqında məlumat almaq üçün əlaqə nömrələrimiz, WhatsApp və e-mail ünvanımız vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Agrolidyanın peşəkar komandası satışdan əvvəl və satışdan sonra sizə hər növ xidməti göstərməyə hazırdır.