Constanti Badam Tingi

Constanti Badam Tingi

Constanti badam tingi Ferragnes və Ferraduel növlərin çarpazlaşdırılmasından əldə edilmişdir. IRTA tərəfindən açıq tozlandırma yolu ilə əldə olunan bu növ sərt qabıqlıdır. Sərt (daş) badam qrupuna daxildir və olduqca məhsuldardır. Yarı dik formada böyüyür. Budaqları genişdir. 


Constanti Badam Tinginin Əsas Xüsusiyyətləri

Məhsuldar bir növ olan Constanti badam tingi cəlbedici xüsusiyyətləri ilə seçilir. Onları aşağıdakı kimi sıralamaq olar:

  • Ferragnes ilə eyni dönəmdə çiçəkləyir;
  • Ferragnesdən 5-7 gün sonra məhsul yığımı həyata keçirilir;
  • Ən məhsuldar sərt badam növlərindən biridir;
  • Yarpaq göbələklərinə qarşı orta səviyyədə dayanıqlıdır;
  • Tozlandırıcıya ehtiyacı yoxdur;
  • Daxili məhsuldarlığı 27%-dir;
  • Ləpəsinin ağırlığı 1.2 qr-dır;
  • Əkiz meyvə ehtimalı 0%-dir;
  • Ləpəsi enli və yüngül formada qabarıqdır;
  • Çöl qabığı qəhvəyi, ləpəsi isə açıq kirəmit rəngindədir;
  • Susuz badam yetişdirilməsi zamanı ən ideal növlərdəndir;
  • Quraqlığıa qarşı dözümlüdür.

Quraqlığa qarşı xüsusi müqavimətə malik olan Constanti badam tinginin əsas xüsusiyyətləri belədir.


Constanti Badam Tinginin Əkini

Badam tinginin əkini üçün ən uyğun ərazi hündürlüyü 400-1600 m aralığındadır. Bu aralıqda yüksək məhsuldarlıq əldə etmək üçün əkin və qulluq prosesini nəzarətdə saxlamaq lazımdır.
Constanti badam yarı dik formada böyüyür, buna görə də sıx əkin üçün əlverişlidir. Bu zaman budama nəticəsində ağacın formasının dəyişdirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Ərazi şərtləri və xüsusiyyətlərinə görə 5x6 m və 5x5 m əkin məsafələri tövsiyə olunur. Ağaca qulluqdan asılı olaraq fərqli əkin məsafələri də seçilə bilər. 
Constanti badam tinginin əkini üçün 70 sm dərinlik və genişliyə malik çuxurlar qazılır. Əkin əsnasında hər bir ting üçün yarım kürək və ya tam kürək miqdarında yanmış tövlə gübrəsi istifadə oluna bilər. Tövlə gübrəsi olmadıqda leonardit də istifadə oluna bilər. Əkindən sonra tingə ilk suyu verilməlidir. Sonrakı müddətdə isə tinglər tam böyüyənə qədər intensiv şəkildə suvarılmalıdır.