Extreme Red Nektarin Tingi

Extreme Red Nektarin Tingi

Provedo sinfinə aid olan Extreme Red meyvə ləti sarı rəngli nektarin növüdür. Bu nektarin çeşidi Provedo-Caval tərəfindən 2001-ci ildə həyata keçirilən çarpazlama prosesi nəticəsində əldə olunmuşdur və İspaniya mənşəlidir.

Meyvələri dəyirmi formalıdır. Adından da göründüyü kimi, rəngi qırmızı, forması iridir, buna görə də olduqca cəlbedici bir görünüşü var. Meyvəsi həm xırtıldayan, həm də suludur.

Orta müddətdə çiçəkləyir, buna görə də yaz donvurmalarına qarşı dözümlüdür. Hər il müntəzəm olaraq meyvə verir. Anbarlarda uzun müddət saxlamaq olur. İldə bir neçə dəfə məhsul yığımı həyata keçirilir. Meyvələrinin şirinliyi yüksək, turşluğu isə aşağıdır, buna görə də dadı çox sevilir və olduqca ləzzətlidir.

Bu növ həmçinin qənaətcil olması ilə seçilir. Şaftalı və nektarinlərə qulluq zamanı “seyrəltmə” adlanan metoddan istifadə olunur. Əkiz meyvələr birləşdirilir və seyrəltmə prosesi hər 15 sm-də ən azı bir meyvə olmaqla aparılır. Seyrəltmə əl ilə və ya kimyəvi maddələrlə aparıla bilər. Meyvələrin vaxtından əvvəl tökülməsinin qarşısı durulama üsulu ilə alınır. Seyrəltmədən sonra meyvələrin rəngində və ölçüsündə yaxşılaşma müşahidə olunur və meyvənin keyfiyyəti yüksəlir. Seyrəltmə sayəsində meyvələri olan budaqlar həddindən artıq ağırlıq səbəbindən zədələnmir. Seyrəltmə prosesinin ən böyük faydalarından biri də dövri məhsulverməni azaltmasıdır, yəni ağac bu prosesdən sonra hər mövsüm meyvə verir. Extreme Red nektarin növü üçün az seyrəltmə prosesi tələb olunur və bu baxımdan, meyvənin qulluğu baha başa gəlmir.

Extreme Red nektarin tingləri kölgədə olsalar belə tam qızarır. Olduqca dayanıqlıdır. Açıq formada inkişaf edir. Meyvələrin oksidləşməyə (qaralmağa) davamlı olması saxlanması və bazar keyfiyyəti baxımından vacibdir. Məlumdur ki, yavaş yetişən və yüksək saxlama (anbarlama) keyfiyyətinə malik meyvələr oksidləşməyə (qaralmağa) daha davamlıdır. Extreme Red nektarin çeşidi bu baxımdan böyük üstünlüyə malikdir. Onun yavaş yetişməsinin də bəzi üstünlükləri var ki, onlardan biri də dəfələrlə yığıla bilməsidir. Meyvənin orta çəkisi maksimum 190 q-a qədərdir.

1 hektar sahədə neçə Extreme Red nektarin tingi əkilə bilər?

Ümumiyyətlə, bu nektarin növünü 5x5 metr məsafədə əkmək tövsiyə olunur. Əkin məsafəsinin bir az daha genişləndirilməsi şəraitdən asılıdır. Qeyd olunan rəqəmə əsaslansaq, hər hektarda 40 nektarin tingi əkilməsi tövsiyə olunur.

Extreme Red nektarin tingi neçə ilə məhsul verir?

Kommersiya məqsədli əkin fəaliyyəti ilə məşğul olanların nəzərinə çatdırırıq ki, bu nektarin növü 3 yaşından sonra meyvə verir.

Extreme Red nektarin tinginin məhsul yığımı nə vaxt həyata keçirilir?

Məhsul yığım vaxtı fərqlənə bilər. Ümumi şəkildə deyə bilərik ki, məhsul yığımı vaxtı Çanaqqalada 10-12 iyul, Adanada 17 iyun və İzmirdə 27 iyun tarixlərinə təsadüf edir.

Extreme Red nektarin tinginin qiyməti necədir?

Şaftalı, nektarin, qoz, alma və digər bütün meyvə tinglərinin qiymətləri haqqında ətraflı məlumat almaq üçün saytımızın müvafiq bölməsinə daxil ola bilərsiniz.