Ferraduel Badamının Xüsusiyyətləri Nələrdir?

Ferraduel Badamının Xüsusiyyətləri Nələrdir?

 

Əsas vətəni Fransa olan və Cristomorto ilə Ai calağı ilə meydana gələn Ferraduel badamı, əsasən tozlandırıcı olaraq seçilən bir növdür. Xüsusilə kommersiyal cəhətdən çox yaxşı qiymətləndirilən klassik badam sortu olan Ferragnes badam tinginin tozlandırıcısı olaraq istifadə edilir.

Ferraduel badamını klassik sortlar ilə müqayisə etdiyimizdə, onlardan daha gec çiçək açdığını söyləyə bilərik. Soyuğa qarşı da müəyyən bir dərəcəyə qədər dözümlüdür. Meyvəsi uzun, enlidir və bərk qabıqlı (diş badamı qrupundadır) quruluşa malikdir. Ləpəsi yekədir. Ləpə məhsuldarlığı nisbəti isə təxmini olaraq 27 % qədərdir.  Ferraduel badamı, əkiz meyvə xüsusiyyəti (4-5 %) göstərməməkdədir. Bir çox bitkidə olduğu kimi suvarılan bölgələrdə daha yaxşı bəhrəyə malikdir. Ağacın inkişafı çox sürətli olduğu üçün çox tez meyvə verər.

Bu badam sortunun tozlandırıcısı isə Texas və Ferragnes ola bilər. Çox vaxt əsas bitki olaraq deyil, tozlandırıcı olaraq istifadə edilir və elə istifadə edilməsi məsləhət görülür.

 

Ferraduel və Ferragnes Badamları arasındaki fərq nədir?

Açıq olaraq görə biləcəyimiz fərq meyvələrindədir. Meyvəsindən təyin edə bilmədiyiiz yaşda və ya dövrdə isə ayırd edə biləcəyimiz fərqlərdən biri də Ferraduel badam ağacında nəzərə çarpan dərəcədə kiçik yan budaqların olmasıdır.

 

Ferraduel Badam Əsasının İqlim və Torpaq Tələbləri Haqqında Nələr Söyləyə bilərik?

Ümumiyyətlə, badam tingliyi olaraq təsis edəcəyimiz ərazinin mayilliyi, cənuba baxan istiqamətdə və təxliyyəsinin yaxşı olmasını istəyirik. Müxtəlif hündürlüklərdə (400-1600 m) yetiştdiricilik edilə bilər. Qışı ilıq keçən bölgələrdə payız, qışı çətin keçən bölgələrdə isə yaz vaxtı əkilməsi məsləhət görülür. Çiçəklərinin gec açılması səbəbiylə tez don vurmaların baş verdiyi bölgələrdə rahatlıqla seçilə bilər.

Tingləri əkməzdən əvvəl torpağı dərin bir qaydada hazırlamamız tingin kökünün inkişafı cəhətindən çox əhəmiyyətlidir.   

 

Ferraduel Badam Sortunun Budanması, Gübrələnməsi və Suvarılması Haqqında Nələr Söyləyə bilərik? Alaq otlarının Nəzarəti Necə Təmin edilə bilər?

‘’Modifikasiyalı Rəhbər (Müxtəlif uca budaqlı)’’ ya da ‘’Goble’’ adını verdiyimiz budama/ istiqamətləndirmə şəklini ilkin iki il ərzində şüurlu olaraq verməmiz laızm gəlir. Bu şəkildə daha az budama edilə bilər, beləliklə ağaclar tez meyvə verə bilər. Şəkilləndirəndən sonra davam edən illərdə isə bəhrə budaması aparılar. Budama haqqında verə biləcəyimiz digər bir məlumat isə həddən artıq budamadan imtina etməyin lazım gəldiyidir.

Gübrələmə və suvarma mövzusu başda torpağın quruluşu olmaq üzrə bir çox faktordan asılıdır. Torpaq təhlili nəticələrinə görə məsləhət görülən gübrələri uyğun miqdarda tətbiq etməliyik. Bağça təsisindən əvvəl yanmış ferma gübrəsindən istifadə etmək məsləhət görülə bilər. Bundan başqa makro qida elementlərindən olan azot, fosfor və kaliumlu gübrələrin, təhlil nəticəsinə görə mütləq torpağa verib bitkiyə çatmasını təmin etməliyik.

 

Azotlu gübrə üstdən verilə bilərkən, kaliumlu və fosforlu gübrələr ağaçların tac istiqamətinə səpilir və mütləq torpağa qarışdırılır. Suvarma üçün bunu qeyd etməliyik ki, badam, illik yağışın 600 mm olduğu regionlarda suvarılmadan da yetişdirilə bilər ancaq ölkəmizin şəraitində suvarılmadan yetişdirilməsi çox mümkün olmaya bilər. Yenə də çox su tələb edən bir bitki olmadığını ancaq suvarılanda məhsuldarlığın təxminən 3 dəfədən artıq artacağını qeyd etməkdə fayda var.

Torpaqda bir təsirinin olması ehtimal daxilində olan kimyəvi məhsullardan istifadə etmək istəmiriksə, onda alaq otuyla mübarizədə məsləhət görülə biləcək alternativ üsullardan birisi də örtükləmədir.

Torpağı örtmək üçün istifadə etdiyimiz bütün materiallara örütk deyə bilərik. Örtükləmə təkcə alaq otlarının böyüməsinin qarşısını almaqla qalmır, həmçinin bununla əlaqədar olaraq suyun effektiv istifadə edilməsini də təmin edir. Həddən artıq isti havalarda, ağac köklərinin daha sərin saxlanılmasında da effektivdir.

 

Əkmə və Əkmə Məsafələri Haqqında Nələr Söyləyə bilərik?

Tingləri əkməzdən əvvəl torpağı dərin bir qaydada hazırlamamız başda tingin kök inkişafı olmaq üzrə bir çox cəhətdən üstünlük təmin edəcəkdir.

Əkmə məsafələri başda sortu olmaq üzrə bir çox faktordan asılı olaraq dəyişir. Dərinliyi az və zəif olan torpaqlarda əkmə məsafəsi 5x6 metr, daha yaxşı torpaqlarda isə 7x9 metr olaraq təyin edilə bilər. 6x6 metr və 6x7 metr olaraq tətbiq edilən əkmə məsafələri də mövcuddur.  

 

Badamlarda Görülən Xəstəlik və Zərərvericilər Hansılardır? Mübarizələri Necə Aparılır?

Badamda kök xərçəngi adını verdiyimiz bir xəstəlik mövcuddur və bu xəstəliyin səbəbi bir bakteriya növüdür. Bu bakteriya badam köklərinin boğaz hissəsində şiş adını verdiyimiz bəzi şişliklər meydana gətirər və bu şişlər bitkinin su və digər qida elementlərini götürdüyü ötürücü nahiyələrinin fəaliyyətini yavaşladar. Ehtiyacını qarşılaya bilməyən bitki isə müəyyən vaxt ərzində saralır və quruyur. Bu xəstəlik ilə mübarizədə şişlərin bitkidən xaric edilməsi və mis sulfat (göz daşı) tətbiqi edilir. Funqal (göbələk) bir xəstəlik olan kök çürüklüyü də badamda görülən xəstəliklərdən birisidir. Bu xəstəliklə mübarizədə tünd qırmızı qatışığından istifadə edilə bilər.

Yarpaq qıvrılması (klok) dediyimiz funqal (göbələk) səbəbli xəstəik də badamda görülə bilər. Yenə məsləhət görülən dozada misli preparatlar ilə dərmanlama edilərək mübarizə aparılar. Dərmanlama vaxtı gözlərin partlamasından əvvəl olar. Bunlardan başqa külləmə, yarpaq deşən kimi bir neçə xəstəlik də vardır. Yarpaq deşən xəstəliyinə, ümumiyyətlə nəmin həddən artıq çox olduğu bölgələrdə rast gəlinər və dərmanlı mübarizəsi mövcuddur. Külləmə isə isti, bağlı və nəmli havalarda görülə bilər.  

Aldığımız tinglərdə görülməyib, tingi əkdiyimiz vaxt görülmə ehtimalı olan bakterial yanıqlıq adını verdiyimiz bir xəstəlik var. Bitkidəki açıqlıq və yaralar bu xəstəlikdə çox təsirlidir. İlkin mərhələdə müəyyən edilən xəstəlik ilə mübarizədə tünd qırmızı qatışıq effektiv ola bilsə də, davam edən mərhələlərdə çox təəssüf ki, mübarizə aparıla bilməz bir hala gələ bilər. Bu cəhətdən təhlükəli bir xəstəlikdir. Badam budaq xərçəngi ilə birgə bakterial xərçəng və yapışma kimi xəstəliklər də badamda görülən xəstəliklərdəndir.

Zərərvericilərdən də bir az söz edək. Ən əhəmiyyətli zərərvericilərdən birisi badam ləpəsi qurdudur. Zərərverici, yumurtasını meyvənin daxilinə buraxır. Yumurtadan larva çıxır və badamı bitirir. Meyvələrin rəngi dəyişir və quruma görülür. Badam ləpəsi qurdu ilə dərmanlı mübarizə aparılır. Nazirlik tərəfindən lisenziyası verilən dərmanlardan məsləhət görülən miqrdarda istifadə edilir.

Qabıq yazılı böcəkləri, adından da görüləcəyi kimi, qabıq və odun hissələrində deşiklər açaraq yumurtalarını bu açıqlıqlara qoyurlar. Yumurtadan çıxan larvalar da daha sonra ikinci deşiyi açırlar və bu cür zərər verirlər. Zərər görən budaqlar da qidalana bilmir və bitkidə quruma görülür. Bu böcəklər qulluğu az olan gücsüz ağaclara daha çox zərər verirlər.

Kapnodis adını verdiyimiz torpaq altı zərərvericisi, badam tinglərində əhəmiyyətli bir zərərə səbəb olur. Şərq meyvə güvəsi də badama zərər verə bilən canlılardandır. Dərmanla mübarizə aparıla bilir.

Açar Sözlər

ferraduel badam tingi, ferraduel, badam tingi, badam tingi qiymət, badam tingi neçəyədir, ferranes, ferragnes badam tingi, badam, badam ləpəsi, agrolidya, ting satış, ting almaq, ting əkmək, zərərverici, bağ salmaq, badam qiymət, badam qulluq, badam ağacı, meyvə tingi, meyvə ting satış, türkiyə ting, türkiyə badam ting, türkiyə məhsul, intensiv bağçılıq, ting satılır, türkiyədən ting satılır, türkiyədən ting satışı, Badam agaci haqqinda melumat, badam sortları, badam ağacının məhsuldarlığı, badam agacina qulluq, badam meyvəsi, badam tingleri