Ferragnes Badam ting baxımı.

Ferragnes Badam ting baxımı.

Ferragnes badam tingi, Fransız növüdür, ilk nəsilinin ən müsbət özəlliklərini alacaq şəkildə calağlanaraq əldə edilmişdir. Diş badam grubunda yer alan bu, növ xəstəliklərə qarşı dayanıqlı olması və yüksək məhsulu ilə diqqət çəkir ancaq bunun üçün tingin baxımı düzgün şəkildə olmalıdır. Ferragnes badamı baxımı üçün lazım olan bütün məlumatları sizə təqdim edirik.

 

Ferragnes Badam tingi baxımı necə olur ?

Badam tinglərinin baxımı zamanı əldə ediləcək məhsuldarlıq və ağacların inkişafı çox önəmlidir.  Baxımlarını düzgün şəkildə nəzarət edilən tinglərin məhsuldarlığı sizi çox xoşbəxt edəcəkdir. Baxım forması əsas olaraq 3 yerə ayrılır. Bunlar sulama, budama və gübrələməkdir.

 

Sulama

Ferragnes badam tingi ilə əkilmiş sahələr üçün illik yağış miqdarı 600 mm dən çox olan yerlərdə sulamaya ehtiyac duyulmaz. Ən azından tinglər ilin böyük faizində sulanmaz ancaq ölkəmizdə bir çok rayonlarda illik yağış miqdarı 600mm və ya ondan az olduğuna görə sulamağa ehtiyac vardır.

Badam ağacı bəlli bir yaşdan sonra sulanmazsa da məhsul verən bir bitkidir. Ancaq sulama xüsusi ilə yay aylarında ağaçların sulanması məhsuldarlıq faizini yüksəldir.

Yeni əkilən tinglər ilk 2 ildə periodik olaraq sulanmalıdır. İqlim şərtlərinə əsasən 10-15 gündə sulanması kifayətdir daha sonra sulanma illik yağış miqdarına əsasən sulanma programı yaradılır.

Sulanma zamanında yabanı otların tez tez təmizlənməsi vacibdir. Ağacın dibindəki yabanı otlar  məhsuldarlığı düşürdür və özəlliklə sulanma zamanı su ağacın dibinə təmas etməməlidir.

 

Budama 

Ferragnes badam tingi ilk 2 ildə ediləcək budama ilə formaya düşər. Budamanın düzgün şəkildə edilməsi və çox budanmamasına diqqət edilməlidir. Şəkilləndirmə dövründə  badam ağacı modifiye  və ya digər bilinən adı ilə doruk dallı budama  ən yaxşı formadır.  Bu formada budama məhsuldarlığı yüksəldir.

Budama edilərkən qalın budaqların kəsilməməsinə diqqət edilməlidir. Əgər qalın budaqların budanması vacibdirsə budandıqdan sonra kəsilmiş səthi məhlulla örtülməlidir. Beləcə ola biləcək xəstəliklərin qarşısı alınmış olur.

 

Gübrələmə

Ferragnes badam tingi  və digər badam növlərində inkişaf üçün azot böyük bir əhəmiyyət kəsb edir. Torpaqda depolanmayan bu maddənin gübrələnmə ilə toprağa verilməsi vacibdir.
Bu yerdə  yanmış peyində istifadə edilə bilər. Ancaq ən düzgün gübrənin hansı olduğunu ediləcək torpaq analizindən sonra seçilməsi uyğundur. Böyük bir bağınız varsa gübrələmədən əvvəl topraq analizinin nəticəsindən sora var olan çatışmazlığı aradan qaldırmaq olar.  Gübrənin miqdarını torpağın daxilində ki bitki qida dəyəri miqdarı, tingin yaşı, məhsuldarlıq, məhsulun  sulu və ya susuz ediləcəyi kimi amillər düzgün analiz edilərək uyğun və təsirli gübrə proqramı yaradılmalıdır.

Gübrələmə üçün leonardit istifadəsi geniş yayılmış  bir növdür. Leonarditin toprağın PH dəyərinin bərabərləşməsi , üzvi maddə baxımından vacibdir. Bəhs edilən özəlliklərdən 
dolayısıyla  əkin zamanı və əkindən sonra ki zamanlarda istifadə edilə bilər. Gübrələmə ilə Ferragnes badam tinginin məhsuldarlığı istədiğiniz səviyyədə olacaqdır.