Ferragnes Badam Tingi

Ferragnes Badam Tingi

Ferragnes badam tingi Cristimirto X Ai növlərinin çarpazlanması nəticəsində əldə edilmişdir və əcdadlarının ən müsbət xüsusiyyətlərini götürmüşdür. Diş vasitəsilə də asanlıqla qırılan qabığı var. Bu səbəbdən də, digər badam növəri ilə müqayisədə daha rahat istehlak olunur.
Meyvələri olduqca ləzzətlidir, ölçüsü qablaşdırmağa çox uyğundur. Nəticədə, fərqli bazarlara göndərmək mümkün olur.

 

Ferragnes Badam Tinginin Xüsusiyyətləri

Ferragnes badam tingi əkindən qısa bir müddət sonra meyvə verir. Məhsuldarlığı yüksəkdir. Dərmanlama, toplama, budama və digər proseslərin asanlıqla həyata keçirilməsi üçün tac hissəsinin aşağı tərəfdə formalaşdırılması tövsiyə olunur.
Borulu formada göndərilən ferragnes badam tingi ilin hər dönəmində əkilə bilər. Təxminən 1-2 il içində meyvə verir. Ancaq məhsuldarlığını maksimum göstərməsi üçün bir müddət inkişaf etməlidir. Əsasən, sentyabr ayında məhsulu yığılır, lakin bir sıra iqlim şərtlərindən asılı olaraq bu vaxt dəyişə bilər.
Güclü və yarı dik formada bir ağacdır. Uzun və oval formada olan meyvələri digər növlərlə müqayisədə daha iridir. Yüksək keyfiyyətlidir və anbarlana bilir. Xəstəliklərə qarşı dözümlüdür. Gec çiçəklənir və bu olduqca böyük bir üstünlükdür. Sərt iqlimlərə məxsus donvurma hadisəsinə qarşı dözümlüdür.


Ferragnes Badam Tinginin Əkini

Ferragnes badam tingi hər mövsüm əkilə bilər, lakin ən uyğun dönəm yaz aylarıdır. Borulu şəkildə göndərilən tinglər üçün 50 sm dərinlikdə və diametrdə çuxur qazılır.  Bu zaman borudakı torpaq dağılmadan tinglər torpağa əkilməlidir. Bunun üçün borudakı torpaq bir neçə gün sulanmamalı və bir az sərtləşməsi gözlənilməlidir. Nəticədə, tingi torpaqdan zədələnmədən çıxarıb əkmək olur.

Əkin zamanı tövlə gübrəsi istifadə oluna bilər. Bu gübrənin yanmış olub olmaması dəqiq olmadıqda, iki stəkan leonardit istifadə olunmalıdır. Əkin əsnasında peyvənd olunmuş yer torpağın üzərində qalmalıdır.
İlk əkin zamanı su verilməlidir. Daha sonra isə iqlim şərtlərindən asılı olaraq 10-15 gündə bir suvarılmalıdır. Tingin kökü torpağa tam bağlanana kimi suvarma məsələsində xüsusi diqqət göstərilməlidir. Ferragnes badam tingi üçün əkin məsafəsi 4x5 m və ya 5x5 m tövsiyə olunur. Bu zaman torpağın keyfiyyəti və digər ərazi xüsusiyyətləri də nəzərə alınmalıdır.