Ferragnes Badamının Xüsusiyyətləri Nələrdir?

Ferragnes Badamının Xüsusiyyətləri Nələrdir?

Ferragnes Badamının Xüsusiyyətləri Nələrdir? 

Badam, növlərinə görə dözümlü bir sort olması səbəbiylə ehtiyat olaraq yığıla bilməsi mümkündür, bazar dəyəri də yüksək bir meyvədir. Həmçinin, unu, yağı, südü, şərbəti və ləpə olaraq da bir çox sahədə qiymətləndirilib istifadə edilə bilər.

Badamlar haqqında diqqətləri yayındırmadan qısa bir məlumat verək. Badamları acı və şirin olaraq iki qrupa ayırırıq. Şirin badamları isə qabığının xüsusiyyətlərinə görə əl, diş, daş və bərk qabıqlı badamlar olaraq dörd alt qrupa ayırırıq. 

Ferragnes badam növü, diş badamı qrupundadır. Yəni, bu badamların diş ilə sındırılması olduqca asandır. Badam təsislərində yer alması zəruri olan ən vacibli badam növlərindəndir. Fransa mənşəli olan Ferragnes badam növü, Cristomorto (İtaliya mənşəli) ilə Ai badam növlərinin hibridləşdirilməsi nəticəsində əldə edilmişdir. Fransa və İspaniyada əsas növ olaraq istifadəsi yayılmışdır. Kommersiyal cəhətdən çox yaxşı qiymətləndirilən klassik bir badam növüdür və ümumiyyətlə təzəykən istehlak (qəlyanaltı) edilən, meyvəsi yekə və ecazkardır və bu səbəbdən ötəri qablaşdırmağa uyğundur. Ləzzəti çox yaxşıdır. Başda funqal (göbələk) xəstəliklərə və donmağa qarşı dözümlüdür. 

Ölkəmizin də demək olar ki, hər yerində görülən Ferragnes badam ağaçları, digər növlərlə müqayisədə gec çicək açır. (Ferraduel kimi). Bu səbəblə ümumiyyətlə tez don vurmaların baş verdiyi yerlərdə seçilir. Ağaclar sürətlə inkişaf etdikləri üçün barını tez verməkdədir. Məhsuldarlığı yüksək olmaqla birgə hər il meyvə verər. Bərk qabıqlı bir növdür. Ferragnes növü badam ağaclarında sıx budaqlanma görülməz və özüylə uyuşmaz. Bayırdan mayalanan bir növdür. Bu səbəblə bağ təsislərində mütləq tozlandırıcı növün olması lazım gəlir. Tozlandırıcı növ olaraq Ferraduel (ümumiyyətlə), Texas, Tuono və Ferrastardan istifadə edilə bilər. Təqribən ləpə məhuldarlıq nisbəti 40 %-dir. Cüt meyvə nisbəti isə, haradasa yoxdur deyiləcək qədər azdır. Məhsuldar dövrlər dediyimiz 8 – 10 yaşında olan Ferragnes badam ağaclarından, maksimum şəraitdə ağac başına təqribi 9 kg. ləpə götürülməsi mümkündür. 

 

Ferragnes Badam Növü Hansı İqlim və Torpaqlarda Yetişdirilə bilər? 

Dəniz səviyyəsindən 400 metr və 1600 metr hündürlüklərə qədər olan yüksəkliklərdə rahatlıqla yetişdiriciliyi edilə bilər. Quru şəraitlərdə əkinçiliyi edilə bilən bir növdür. Həddən artıq çox su tələbi olan bir bitki olmamasına baxmayaraq suvarıldığı şəraitlərdə (xüsusilə yay aylarında) yüksək bir məhsuldarlığa malikdir.  

 

Ferragnes Badam Yetişdiriciliyində Bağ Təsisi və Ting Əkilməsi Haqqında Nələr Deyə bilərik? 

Badam yetişdiriciliyində bağ təsisi də çox əhəmiyyətlidir. Cənuba baxan, su saxlamayan – drenajı yaxşı olan – və düz deyil də yüngül mayili olan ərazilər seçilə bilər. Tingləri əkməzdən əvvəl torpağı dərin bir qaydada hazırlamağınız başda tingin kökünün inkişaf etməsi cəhətindən əhəmiyyətlidir. Qışı çətin keçən bölgələrdə əkinlər baharın başında, gözləri şişməzdən əvvəl edilərkən, mülayim bölgələrdə payız və qışın başında əkilməlidir. Tinglərin əkilmə vaxtına qədər, küləkdən azad sahələrdə qorunması əhəmiyyətlidir. Əkilən badam tinglərinin yerini mümkün olduqca dəyiştirməyək. Əks halda, köklər, yer dəyişdirmə və sökmə cəhətindən zərər görəcəkdir. Tutma nisbətinin yüksək olması səbəbi ilə ümumiyyətlə balonlu tinglər seçilir.

 

Ferragnes Badam Necə Suvarılar? 

Damcıyla suvarma üsulundan istifadə edilməsi məsləhət görülür. Beləliklə, həm ölkəmizin su mənbələrindən şüurlu olaraq istifadə edilmiş olar, həm də ağac istədiyi miqdarda suyu ən məhsuldar qaydada götürmüş olar. Veriləcək su miqdarı torpaq, iqlim və digər tələblərə görə dəyişər. Peyvəndli badam tinglərinin əkilməsindən sonrakı bir neçə il suvarılması tələb edilər. Suvarma tezliyini azaltmaq üçün örtükləmə (Müxtəlif materiallarla torpağın səthinin örtülməsi) edərsək həm torpaqdakı su itkisini azaltmış, həm torpağın nəmini qorumuş, həm də çıxması gözlənilən alaq otlarını nəzarət altına almış, onlarla mübarizə aparmış olarıq. 

Tumurcuqlanmanın inkişafının sürətlənməsi üçün Aprel- May aylarında suvarılmağa başlana bilər. Bu sayədə çiçək tumurcuğunun meydana gəlməsi sağlam və meyvələrin yekəliyi, samballılığı istənilən səviyyəyə gələ bilər.

 

Ferragnes Badam Növünün Gübrələnməsi Haqqında Nələr Deyə bilərik? 

Gübrə mövzusu çox həssas bir mövzudur. Veriləcək gübrə miqdarlarını qeyd etməyimiz üçün prioritetli olaraq torpaq təhlili etdirməmiz və ona görə hərəkət etməmiz lazım gəlir. Yersiz gübrə istifadəsi təkcə o ildəki məhsuldarlığı deyil, gələcəyimizi də təhlükəyə ata bilər. Bağ təsis etmədiysək, o mərhələdə hektara 3-5 ton arasında – torpaq təhlilinin nəticəsinə görə - yanmış ferma gübrəsi verilməsi məsləhət görülür. 

Azot, həm suvarma ilə, həm də yağışın təsiri ilə torpaqdan yuyularaq kənarlaşan bir qida elementidir. Bu səbəbdənvötəri, müəyyən dövrlərdə bitkinin ehtiyacı olan azotu, torpağa verməmiz lazım gəlir. Gübrələr ağaçların ətəklərinə sərpişdirilərək mütləq torpağa qarışdırılmalıdır. Bu əməliyyat əsnasında gübrənin gövdəyə toxunmadığını dəqiqləşdirmək lazımdır. Çiçək açmazdən əvvəl və payızda yarpaqdan, çiləmə yoluyla da azotlu gübrələr verilə bilər. 

 

Ferragnes Badam Tingi Əkmə Məsafəsi Necədir? 

Bu nisbətlər də ağacın növündən, göstərəciyimiz qulluqdan, torpaq və iqlim kimi bir çox tələbdən asılı olaraq dəyişsə də, dərinliyi az olan zəif torpaqlarda 5x6 metr, daha yaxşı torpaqlarda 7x6 metr olaraq əkilə bilər. Əkmə məsafələri 6x6 metr və 6x7 metr olaraq da edilə bilər. 

 

Ferragnes Badam Növünün Budanması Necə Olmalıdır?

Ağacı, inkişafını tam başa çatdırmadan istədiyimiz formaya gətirməmiz lazımdır. Əkmə əsnasında badam tinginin başının kəsilməsinin lazım gəldiyini yaddan çıxartmayaq. Bu əməliyyat gözlərin stimullaşdırılmasıyla birgə budaqlanmağı və tac meydana gəlməyi təşviq edəcəkdir. Tingi əkdiyimiz ilkin illərdə kökün boğazından çıxan tumurcuqları təmizləyərik.  

Tac şəklinin ən başda düzgün olaraq verilməsinin, məhsuldarlığın üstündə çox əhəmiyyətli təsiri vardır. Budama edilərkən budaqların üst üstə gəlməsinin, bir birinə kölgə salmasının qarşısını almamız lazımdır. Bununla birgə, tac qisminin inkişafına dair çanaq (goble) şəklində budama edilər. Yerdən, təqribən 75 sm hündürlükdə meydana gələn 3-4 ədəd əsas budaq ayrılar. Hər budaqdan da iki cür yan budaq meydana gətirilər. Bu qaydada budanan ağaçlarda həm məhsuldar məhsullar meydana gələr, həm də məhsul yığımı əsnasında asanlıq olar. Məhsuldarlığı azaldan budaqların əvəzinə, məhsuldar budaqların meydana gəlməsi təmin edilməlidir. Budama edərkən ağır budamadan imtina edilməlidir. Budamadan sonra uyğun görülən miqdarlarda edilən gübrələmə və suvarma ilə ağacınızı daha keyfiyyətli və sağlam bir mövqeyə gətirə bilərsiniz. 

Cavanlaşma budaması dediyimiz bir vəziyyət var. Cavanlaşma budamasında yeni tumurcuq meydana gəlməsini təşviq etmək üçün qurumuş, üst üstə düşmüş budaqlar kəsilər, tacın eni balacalaşdırılar və bu qaydada ağacın qüvvətlənməsi təmin edilməyə cəhd edilər. 

Budama vaxtları ölkəmizin şəraitində, qışın ilıq keçdiyi (Ağdəniz, Egey Bölgəsi kimi) regionlarda ağaçların yarpaqlarını tökməsiylə birgə payızda edilə bilər. 
Bütün istehsalatçılarımıza bərəkətli günlər arzu edirəm! 

Açar Sözlər

ferraduel badam tingi, ferraduel, badam tingi, badam tingi qiymət, badam tingi neçəyədir, ferranes, ferragnes badam tingi, badam, badam ləpəsi, agrolidya, ting satış, ting almaq, ting əkmək, zərərverici, bağ salmaq, badam qiymət, badam qulluq, badam ağacı, meyvə tingi, meyvə ting satış, türkiyə ting, türkiyə badam ting, türkiyə məhsul, intensiv bağçılıq, ting satılır, türkiyədən ting satılır, türkiyədən ting satışı