GF677 Şaftalı Badam Ting Kökü

GF677 Şaftalı Badam Ting Kökü

GF677 Şaftalı Badam Ting Kökü Nədir? Hansı Xüsusiyyətləri Var?

GF677 şaftalı badam ting kökü Fransada yerləşən INRA Araşdırma İnstitutu tərəfindən təkmilləşdirilən və şaftalı ilə badam çarpazlanması nəticəsində əldə edilən bir ting köküdür. Türkiyədə və dünyanın fərqli ölkələrində  ən çox yayılan ting köklərindən biridir. Xüsusilə də, Aralıq dənizi sahilində yerləşən ölkələrdə geniş yayılmışdır.

GF677 ting kökü badam, şaftalı və nektarin ilə peyvənd uyğunluğuna malikdir. Peyvənddən sonra güclü ağaclar formalaşır və meyvələri də parlaq rəngli və iri ölçülü olur.


GF677 Şaftalı Badam Ting Kökünün Xüsusiyyətləri

GF677 şaftalı badam ting kökü asan adaptasiya olması və digər xüsusiyyətləri ilə müasir dövrdə geniş şəkildə istifadə olunur. Onun əsas xüsusiyyətləri aşağıda qeyd olunub:

  • Güclüdür;
  • Əhəngli torpaqlarda əkilə bilər;
  • Quraqlığa qarşı dözümlüdür;
  • Kökü güclü formada inkişaf edir və torpağa bağlanır;
  • Nektarin, badam və şaftalı üçün ideal bir ting köküdür;
  • Yüksək dərəcədə məhsuldardır;
  • Ot xəstəliklərinə qarşı dözümlüdür;
  • Bakterial tac öd nematoduna qarşı dözümlüdür;
  • Tez məhsul verir;
  • Şaftalı ting kökü ilə müqayisədə kök xərçənginə daha çox müqavimətlidir;
  • Sulu və gilli torpaqlar üçün uyğundur.

GF677 şaftalı badam ting kökünün əsas xüsusiyyətləri belədir. Həmçinin, bu ting kökü kök çürüməsi və kök boğazı çürüməsi kimi xəstəliklərə qarşı həssasdır. Bu səbəbdən də doğru şəkildə qulluq göstərilməlidir.


GF677 Şaftalı Badam Ting Kökü Necə Əkilir?

Güclü formada inkişaf edir və çox tez böyüyür. Buna görə də əkin məsafəsini düzgün tənzimləmək lazımdır. Əkin için standart məsafə 5x4 m və ya 5x3 m hesab olunur. Torpağın keyfiyyətinə görə bu məsafədə dəyişikliyə də getmək olar. Y və V şumlama sistemləri seçilən zaman 5x2 m əkin məsafəsi seçilməlidir.
Əkindən əvvəl müvafiq ərazinin torpağı hazırlanmalıdır. Daha sonra hər ting üçün 60-80 sm dərinlikdə çuxurlar qazılır. Əkin zamanı yanmış tövlə gübrəsi istifadə oluna bilər.

Şaftalı ağacı sökülən yerə başqa bir şaftalı tinginin əkilməməsi tövsiyə olunur. Əks təqdirdə, arzuolunan məhsuldarlıq əldə edilə bilməz. Lakin şaftalı ağacı sökülən yerə dərhal GF677 ting kökü əkilə bilər və bu onun ən vacib üstünlüklərindən biridir.
GF677 şaftalı badam ting kökü quraqlığa qarşı dözümlü olsa da, müəyyən intervallarla suvarılmalıdır. Xüsusilə də, ilk əkin zamanı suvarma məsələsinə xüsusi həssaslıq göstərilməlidir.