GXN Garnem Yarımcırtan Şaftalı Ting Kökü

GXN Garnem Yarımcırtan Şaftalı Ting Kökü

GXN Garnem Yarımcırtan Şaftalı Ting Kökü və Xüsusiyyətləri

GXN Garnem yarımcırtan şaftalı ting kökü çox qüvvətli ağaclar formalaşdırır. Türkiyədə geniş yayılan bu ting kökü, xüsusilə, şaftalı, badam və nektarinlə peyvənd uyğunluğuna malikdir. Bundan əlavə, bəzi gavalı növlərində də bu növə üstünlük verilir.
Peyvənddən sonra qüvvətli ağaclar formalaşır və meyvə məhsuldarlığı çox böyükdür. Parlaq rəngli və iri meyvələri var. Bu mənada, kommersiya baxımından olduqca cəlbedici bir növdür.


GXN Garmen Yarımcırtan Şaftalı Ting Kökünün Xüsusiyyətləri

GXN Garnem yarımcırtan şaftalı ting kökü bir sıra üstün xüsusiyyətlərinə görə seçilir. Onlara aşağıdakılar daxildir:

  • Dözümlü ağaclar formalaşdırır;
  • Əhəngə qarşı dözümlüdür;
  • Quraqlığa qarşı dayanıqlı deyil;
  • Sulu, gilli torpaqlarda əkini uyğundur;
  • Kök xərçənginə qarşı şaftalı toxum ting kökü ilə müqayisədə daha dözümlüdür;
  • Tez böyüyür və məhsul verir;
  • Təkrar əkin üçün uyğundur;
  • Nematodlara qarşı dözümlüdür;

Kök çürüməsi və kök boğazı çürüməsi xəstəliklərinə qarşı dözümlüdür.

Quraqlığa qarşı müqaviməti zəifdir, ona görə də suvarma məsələsinə xüsusi diqqət ayrılmalıdır. Arzuolunan məhsuldarlığın əldə olunması üçün suvarma başda olmaqla digər qulluq qaydalarına da xüsusi diqqət göstərilməlidir.
Garnem ting kökünün ən vacib xüsusiyyətlərindən biri də kök-şiş nematodlarına qarşı müqavimətli olmasıdır. Qeyd olunan problemlə mübarizə aparan zaman kultivasiya metodlarına üstünlük verilir. Ən effektiv mübarizə üçün dayanıqlı ting kökləri istifadə olunur. GXN Garnem yarımcırtdan şaftalı ting kökü bu zaman kök-şiş nematoduna qarşı dözümlü olması ilə diqqət çəkir.
Garnem ting kökü qüvvətli ağaclar formalaşdırır. Bu zaman ağac çox qol-budaq açır və meyvənin keyfiyyətinə təsir edir. Kölgələnməmin qarşısını almaq üçün tinglər yaz aylarında budanmalıdır. Doğru budanma ilə meyvə keyfiyyəti arzuolunan səviyyədə olur.
GXN Garnem yarımcırtdan şaftalı ting kökü ekoloji cəhətlərə görə fərqli əkin məsafələrinə malikdir. Ümumi əkin məsafəsi 5x3.5 m-dir. Lakin fərqli şərtlər nəzərə alındıqda 5x4 m və ya 5x5 m ölçüləri də uyğundur. Nəticədə, əkin məsafəsi şərtlərdən asılı olaraq dəyişə bilər.