Haqqımızda

Haqqımızda

Agrolidya Tarım A.Ş.

1990-cı illərdə fəaliyyətinə başlayan Agrolidya şirkəti həmin tarixdən etibarən bir çox uğurlu layihələri reallaşdırmış və kənd təsərrüfatı sektoruna öz böyük töhfəsini vermişdir. “Keyfiyyətli tinglərin yeganə ünvanı” şüarı ilə yola çıxan şirkətimiz bu gün də sevimli müştərilərinə eyni fəlsəfə ilə xidmət göstərir.

Agrolidya badam və püstə tinglərinin istehsalı ilə bu yola başladı və sonrakı illərdə sektorda öz sözünü deyən böyük bir aqroşirkətə çevrildi. Şirkətimiz qoz, zeytun, avokado və püstə də daxil olmaqla, onlarla fərqli meyvə tingləri istehsal edir və müxtəlif meyvə bağlarının salınması xidməti göstərir.

Təsis edildiyimiz gündən etibarən keyfiyyətli tingləri münasib qiymətlərlə daha əlçatan etməyi qarşıya hədəf kimi qoymuşuq. Yalnız Türkiyədə deyil, dünyanın dörd bir tərəfində olan sədaqətli müştərilərimiz üçün yüksək keyfiyyətli meyvə tinglərini sərfəli qiymətlərlə təklif edir, torpağın bərəkətindən maksimum faydalanmalarına kömək edirik. Agrolidya ildə 1 milyondan artıq ting istehsal etmə potensialına malikdir. Muğla, Fəthiyə, Manisa və Akhisarda yerləşən mərkəzlərimizdə badam başda olmaqla qoz, zeytun, avokado, püstə və lavanda tingləri istehsal edirik. Tinglərimizlə Türkiyənin bütün bölgələrini təmin etməklə yanaşı, onları həm də Rusiya, Azərbaycan, Özbəkistan, Gürcüstan və digər xarici ölkələrə ixrac edirik.

Fəaliyyətimizi planlı şəkildə qururuq. İlk növbədə, meyvə bağlarının salınması üçün seçdiyiniz bölgənin məhsuldarlıq səviyyəsini ölçürük. Həmçinin, bağların salınması ilə bağlı ağlınıza gələn bütün suallara cavab veririk. Uzun illərdir əldə etdiyimiz təcrübələrimizi siz dəyərli istehsalçılarımızla da bölüşür, aqrar sektorun inkişafına töhfə verir və investisiyalarınızın düzgün istiqamətləndirilməsinə yardım edirik. Hədəfimiz sizin üçün məhsuldar meyvə bağları salmaqla torpağın bərəkətindən maksimum istifadə etməkdir. Siz də badam, qoz, püstə, zeytun, avokado və digər meyvə tinglərini ən münasib qiymətlərlə əldə etmək üçün Agrolidyaya müraciət edin.

 

agrolidya

 

Professional Meyvə Bağlarının Salınması 

 

Biz yalnız ting satışı həyata keçirmir, həm də professional meyvə bağlarının salınması xidməti göstəririk. Bu sahədə Türkiyənin ən təcrübəli şirkəti olmaqla, 90-cı illərdən başlayaraq on minlərlə hektar ərazidə zeytun, badam və qoz bağları salan Agrolidya şirkəti son illərdə Azərbaycan və Gürcüstanda da meyvə bağlarının salınması xidmətini təklif edir. Göstərdiyimiz digər xidmətlərə ting növlərinin seçilməsi, ərazinin şumlanıb hazırlanması, damcılama suvarma sisteminin qurulması, tinglərin əkini, aqrar texniki avadanlıqlarla təchizat da daxildir. Məqsədimiz – meyvə bağlarının salınması üzrə sizi doğru istiqamətləndirmək və düzgün seçimlər etməyinizə kömək etməkdir.

 

Konsaltinq Xidməti 

 

Saldığımız qoz, badam, zeytun və püstə bağlarının sonrakı inkişafı ilə də maraqlanır, onlara düzgün qulluq göstərməyiniz üçün müvafiq konsaltinq xidməti göstəririk. Minimum xərclə maksimum qısa müddət ərzində investisiyanızdan fayda götürməyiniz üçün lazımi bütün dəstəyi göstəririk. Həmçinin, bağlara qulluq edən işçilərinizin öz sahələrində mütəxəssis olmaları üçün onları mütəmadi şəkildə maarifləndiririk.