Kənd Təsərrüfatı Texnikası

Kənd Təsərrüfatı Texnikası

Kənd təsərrüfatı sektorunun ən böyük problemlərindən biri də aqrotexnika ilə təchizatdır. Agrolidya olaraq meyvə bağlarının salınması zamanı yalnız bu günü düşünmür, həmçinin, məhsul yığımı dönəmlərini də hesaba qataraq buna uyğun həllər təklif edirik.

Əvvəlcə müvafiq əkin ərazisini hazırlayır, daha sonra sizi ehtiyacınız olan bütün alət və avadanlıqlarla təmin edirik. Bu zaman Türkiyə və Avropanın ən qabaqcıl brendlərinin istehsal etdiyi yüksək keyfiyyətli məhsulları sizin üçün daha əlçatan etməyi qarşımıza hədəf kimi qoyuruq.