Laym Cırtan Limon Tingi

Laym Cırtan Limon Tingi

Laym cırtdan limon tingi sitrus fəsiləsinin həmişəyaşıl növüdür. Xırda ölçüdə meyvələr verir. Limondan kiçik ölçüdə olan meyvəsi berqamot meyvəsinə bənzəyir. Dadı olduqca turşdur.
Tikanlı bitki növüdür. Bitkidə eyni vaxtda meyvələr və çiçəklər ola bilər. Belə olan halda çox xüsusi görüntülər ortaya çıxır. Daim məhsuldar bir sitrus çeşididir və bu xüsusiyyətlərinə görə ilin müxtəlif vaxtlarında meyvə verə bilir.
Borularda göndərilən tinglər uyğun ölçüdə qablarda ev və ya iş yerləri kimi qapalı ərazilərin günəş görən ərazilərdə yetişdirilə bilər. Dekorativ görüntü olaraq da diqqət çəkir. Bundan əlavə, çiçəkləmə dövründə ətrafa yaydığı təbii qoxu mühitə özünəməxsus təmizlik və təravət qatır. Laym cırtdan limon tinglərini lazımi iqlim şəraitinin təmin olunduğu ərazilərdə də əkmək olar.


Laym Cırtdan Limon Tinginin Xüsusiyyətləri

Türkiyədə yetişdirilən ən qədim limon növlərindən biri olan Laym cırtdan limon tinginə özünəməxsus xüsusiyyətlərinə bu gün də üstünlük verilir. Bu növün əsas xüsusiyyətləri aşağıdakılardır:

  • Meyvələri kiçik ölçülü və turş olur;
  • Ev şəraitində qablarda yetişdirilməyə uyğundur;
  • İki yaşından meyvə verməyə başlayır;
  • Çiçəkləmə dövründə xoş qoxular yayır;
  • İqlim və digər şəraitdən asılı olaraq üzərində istənilən vaxt çiçəklərə və meyvələrə rast gəlmək olar;
  • Meyvələr uzun müddət üzərində qala bilir;
  • Meyvə vermə dövrü noyabr-fevral ayları arasındadır.

 

Laym Cırtdan Limon Tinginin Əkini

Laym cırtdan limon tinglərinin əkilməsi üçün ən vacib amil iqlim şəraitidir. Soyuğa həssas olan bu ting ancaq Aralıq dənizi iqliminin təsirinin müşahidə olunduğu, qışda havanın temperaturu sıfırdan aşağı düşməyən bölgələrdə yetişdirilə bilər. Digər bölgələrdə ev və iş yeri kimi ərazilədə yetişdirilə bilər. Qışda havanın temperaturunun sıfırdan aşağı düşdüyü bölgələrdə onu çöldə yetişdirmək mümkün deyil.
Boru şəklində göndərilən şitillər əkilməzdən əvvəl borudan çıxarılmalıdır. Bunu edərkən, borudakı torpağın dağılmamasına diqqət yetirilməlidir. Əkin dibçəkdə və ya sahədə lazımi qaydada açılmış çuxurda edilə bilər. Əkindən sonra ilk suyu verilir. Sonra iqlim şəraiti nəzərə alınaraq cırtdan limon tingi vaxtaşırı (5-7 gün) suvarılır.