Marinada Badam Tingi Xüsusiyyətləri Nələrdir?

Marinada Badam Tingi Xüsusiyyətləri Nələrdir?

IRTA badam növü yaxşılaşdırma proqramının çərçivəsində 1994-cü ildə Mas de Bover-da (Constantí, Tarragona) edilən "Lauranne" x "Glorieta" çarpazlaşdırmasından əldə edilən badam növüdür. 

 


Ağacın quruluşu: Orta güçlü və yarı dik böyüyür, sıx əkin üçün ən uyğun növlərdən birisidir və şəkil budaması çox asandır. 


Çiçək açma vaxtı: Çox gec çiçək açan Marinada növü uzun illərdir edilən müşahidələrə görə Ferragnes növündən 5-7 gün əhatəsində gec çiçək açmışdır. 


Tozlaşdırılma: Özündə məhsuldar bir növ olan Marinada, çiçək quruluşunun sayəsində arısız meyvə tutması hadisəsi çox yaxşı səviyyədədir. Növ yaxşılaşdırıcısı tərəfindən edilən müşahidələrin nəticəsində eyni vaxtlarda çiçək açan Tarraco növü ilə uyğunlaşması çox yaxşı olmaqla eyni bağda bir birilərinin meyvə tutmasına töhfələrinin olduğu müşahidə edilmişdir. 


Məhsuldarlıq: Tez bəhrə verər, çox yüksək çiçək açma və meyvə tutma xüsusiyyətinə malik bir növdür. 


Məhsul yığımı: Sentyabrın başı kimi məhsul yığımı edilər. Yetişən meyvələr sallandıqlarında asanlıqla tökülər və qabıqdan ayrılması çox asandır. 


Xəstəliklərə qarşı dözümlülük: "Fusicoccum" (Phomopsis amygdali Del.) Tolerantlığı: "Qırmızı yarpaq ləkəsi" (Polystigma ochraceum Whal.) Tolerantlıq orta dərəcədədir. 


Kommersial Xüsusiyyətlər: Bərk qabıqlı, 31 % ləpə məhsuldarlığı, 1,3 qr. ləpə çəkisi və 0% a yaxın əkizlik faizinə malikdir. 


Ümumi Qiymətləndirmə: Marinada olduqca gec çiçək açan, tez bəhrə verən və çox məhsuldar bir badam növüdür. Özündən bəhrəlidir, tozlaşdırıcı olmadan əkilə bilən ancaq Tarracco növü ilə əkilməsi vəziyyətində çox daha məhsuldar olduğu müşahidə edilən Marinada sıx əkinli bağ salınmasını planlaşdıran istehsalatçılar üçün ideal bir növdür.