Nektarin Bağının Salınması

Nektarin Bağının Salınması

Peşəkar Tüksüz Şaftalı bağının salınması

 

Günümüzdə meyvə bağlarının salınması dəyərinin yüksək olması və bağların salınması prosesində edilmiş səhvlərin düzəldilməsi ciddi miqdarda pul və zamanın itkisinə yol açdığını görərik, Agrolidya  tərəfindən verilən peşəkar tüksüz şaftalı bağının salınması xidmətlərindən istifadə etmək sizə önəmli bir üstünlük sağlayacaqdır.

 

Peşəkar tüksüz şaftalı bağının salınması peşəkarlıq tələb edən bir işdir. Bu proses tinglərin torpağa əkilməsi ilə sonlanmaz. Bağın salınması mərhələsində bağın illər sonra hansı nöqtəyə gələcəyi , səmərələliyi , məhsulun keyfiyyəti və bu kimi məsələləri planlanır.

 

Tüksüz şaftalı normal şaftalı rəngində və oxşarıdır , C vitamini və lif mənbəyi baxımından zəngin olan  meyvə son illərdə meyvəçilikdə vacib bir alternativ halına gəlmişdir.  Salınacaq bağdan alınacaq yüksək məhsuldarlıq ilə yüksək səviyyədə qazanc əldə edilməsinə gətirib çıxardır.

 

Peşəkar Tüksüz Şaftalı bağının salınması necə olur ?

 

Agrolidya tərəfindən verilən peşəkar tüksüz şaftalı bağının salınması xidməti ərazi hazırlığı, əkim və sulanma sisteminin quraşdırılması ilə 3 başlığa ayrılır.

 

Ərazi Hazırlığı

 

Peşəkar tüksüz şaftalı bağının salınması öz içində fərqli mərhələlərə bölünür. Bu mərhələnin ilki ərazi hazırlığıdır.  Ərazinin fərqli nöqtələrdən və fərqli dərinliklərdən alınan torpağın analiz edilməsi, edilən ilk prosesdir. Analiz nəticəsində əldə edilən məlumatlar torpağın PH dəyəri, üzvi maddə miqdarı və bunun kimi digər dəyərləndirmələr öyrənilir. Qeyd edilən məlumatlar diqqətə alınaraq ərazi gübrələnir.

 

Əraziyə gübrə atıldıqdan sonra dərin şumlama , torpağın alt təbəqəsinin sərtliyinin qırılmasını təmin edir. Üstəlik atılan gübrənin tam olaraq torpağa qarışdırılması vacibdir. Ərazi hazırlanarkən ən uyğun tüksüz şaftalı tingi  torpağın fiziki göstərcisi və iqlim şəraiti diqqətə alınaraq əkilməlidir.

 

Əkim

 

Ərazinin böyüklüyü , üstünlük verilən tingin böyümə şəkli və tətbiq olanacaq xidmətlərə görə əkim aralığının nə qədər olacağına qərar verilir. Bu qərar ilə tinglərin haraya əkiləcəyi bilinir və yerlər işarətlənir.

 

Bütün bunlardan sonra isə sulanma sistemi quraşdırılır və tinglər torpağa basdırılır. Əkim əsnasında tinglər üçün kifayət qədər qazılan çuxurlara gübrə və leonardit də istifadə edilə bilər.

 

Peşəkar tüksüz şaftalı bağının salınması əhatə dairəsi bu formadadır. Bunların xaricində ərazi qurulması planlanan biznesi varsa  bunun haqqında da xidmətlərdən ( lahiyələndirmə və.s) də istifadə edə bilərsiniz.