Pinkerton Avokado Tingi

Pinkerton Avokado Tingi

Pinkerton avokado tingi Mərkəzi Meksikaya aid bir növdür və dəfnə ailəsinə aiddir. İlk dəfə Kaliforniyadakı Pinkerton Fermasında yetişdirildiyi üçün bu adı almışdır. Digər avokado növlərindən daha böyük meyvələrə malikdir. Bundan əlavə, onun çəyirdəyi digər növlərlə müqayisədə nisbətən kiçikdir. Qeyd olunan üstünlüklərə əlavə olaraq, asan soyulması istehsalçıların son vaxtlar ona üstünlük verməsinə səbəb olmuşdur.


Pinkerton Avokado Tinginin Xüsusiyyətləri

Pinkerton avokado ağacı yarımcırtdan ağacdır. Yarımcırtdan olmasına baxmayaraq yayılaraq böyüyür və bu xüsusiyyəti ilə Hass cinsinə bənzəyir. A tipli çiçək quruluşuna malik olan bu növün çiçəkləmə dövrü payız-yaz arası dövrə təsadüf edir. Çiçəkləmə dövrü meyvələrin yetişməsinə təsir göstərir. Nəticədə məhsul yığımında ciddi yetkinlik fərqləri yarana bilir.

Soyuğa dözümlü növdür və 220 q çəki ilə -2 dərəcəyə qədər temperaturda mövcudluğunu qoruyur. Ancaq isti bölgələrdə daha böyük meyvələr əldə edilir. Normal avokadoların çəkisi 300 qr arasında dəyişir, Pinkerton avokado tingləri sayəsində 235 qr ilə 425 qr arasında meyvələr əldə oluna bilər.
Pinkerton avokadosunun ən əhəmiyyətli xüsusiyyətlərindən biri meyvə ləti nisbətinin 82% olmasıdır. Bir çox növdə bu göstərici daha aşağıdır. Sözügedən növlərin müsbət xüsusiyyətləri ilə yanaşı, onu da qeyd etmək lazımdr ki, məhsul bir çox sortlardan daha yavaş yetişir.
Uzun armud formalıdır və dadlı meyvəsi var. Meyvə qabıqları kobuddur və asanlıqla soyulur. Lətinin rəngi sarıdır və meyvəsi bir çox sənaye sahələrində də geniş istifadə olunur. Kosmetika, dərman və qida sənayesi kimi müxtəlif istifadə sahələrinin olması istehsalçılar üçün əhəmiyyətli bir üstünlükdür.
Pinkerton avokado tingləri əkildikdən bir müddət sonra meyvə verməyə başlayır. Ancaq iqtisadi cəhətdən səmərəli olması üçün orta hesabla 8-10 il vaxt lazımdır. 10-12 yaşlı ağacdan 30-35 kq avokado alınır. Kəmiyyət baxımından bir ağacdan orta hesabla 100 ədəd avokado götürüldüyünü söyləmək olar.
Məhsul yığımı yanvar-aprel ayları arasında aparılır. Lakin məhsul yığımı üçün ən uyğun dövr fevral ayıdır. İqlim və digər amillərdən asılı olaraq bu tarix dəyişə bilər.