Qoz Bağının Salınması

Qoz Bağının Salınması

Son illərdə ölkəmizdə həm investitorlar həmdə fermerlər həddindən çox qoz bağı salınır. Təssüflər olsun ki  salınan bağların  bir çoxu ya salınan zamanı edilən səhvlərdən  yada bir həvəslə edilmiş amma düzgün qulluq edilmədiyi üçün ciddi mali zərərlərə yol açmıştır. Qoz bağı salınmasında vacib olan ümumi məlumatları sizlərlə paylaşacağıq.

 

Chandler Qoz bağının salmaq istəyirəm ilk addım nədir ?

İnvestitorlar və ya Fermerler ilk öncə düzgün ərazi seçimi etməlidirlər. Ölkəmiz coğrafi quruluşuna görəm dağlı-daşlı bir bölgədir. Təbii ki hamı düzgün hamar bir torpaq istəyir amma düz ərazinin qiyməti həddinən artıq yüksək olduğu üçün  fermerler məcbur dağlı-daşlı yerləri seçirlər. Belədə qoz bağı üçün 50-100 minlik pul ekvivalentində ərazilərdə qoz bağı salmaq nə qədər məntiqlidir?  Sonuc olaraq düzgün bağın salınması, düzgün qidalanması və traktorların düzgün şəkildə işləyə bilən bir çok dağlık ərazidə uğurlu bir qoz məhsulu əldə edilə bilər. Əlbəttə ki iş çətin və maliyətli olur normal düz ərazi ilə müqayisədə.

 

Qoz bağının salınması üçün ərazi hazırlığı

Burda ən önəmli faktorlar dağlıq ərazisində torpaq dərinliyinin kifayət qədər olması, ərazidə traktorlarla işlənərək lazım olan səviyyəyə gəlməsi  qoz bağının salınması üçün əngəllərin yarısını qaldırır.

 

Ərazi üzərindəki canlı bitki təbəqəsinin təmizlənməsi

Ərazi aktif olaraaq təsərüfatda istifadə edilməyibsə bu ərazi çox yaxşı bir şəkildə təmizlənməsi vacibdir. Ərazi üzərində ümumiyyətlə kolluq,daşlıq və.s dir.Bunlar dozerlərlə  ilk öncə uzaqlaşdırılıb  riperlərlə isə geri qalan artıq kökləri təmizləyərək ərazidən uzaqlaşdırılmalıdır. Ərazidən uzaqlaşdırılmayan köklər qozdan daha əvvəl inkişaf edəcək və traktorların işləminə mane olacak.

 

Terasların düzəldilməsi 

Traktorların işləyə bilməsinə mane olan yüksəklikdə mütləq teras formasına salınaraq hərəkət edilməlidir. Təəsüf ki bunu etməyən investitorlar  sonraki illərdə ərazini şumlaya bilmir, ağaclar düzgün qidalanmır verilən su və ya gübrə tingin dibində durmadan aşağıya doğru axıb gedir.Deyək ki ağaclar yetişdi ama məhsulu toplamaq çox çətinləşir.
Bu səbəblərdən dolayı yamaçlı yerlərdə teras yaradılması xeyirlidir. Terasın yaradılması dozerlərlə və ya ekskavatorlarla edilə bilər. Ekskavatorlarla terasın yaratılması daha uyğundur həm teraslar düzgün olur həmdə torpağın bir yerdən başqa bir yerə daşınması torpağın yumşalmasına gətirib çıxardır ki buda ağacın inkişafı üçün idealdır. Amma bu prosesdə diqqətli olunmalıdır  düzgün yamaç və teras hesaplanması olmazsa  suyun axışını stabil saxlaya bilmərik və eyni zamanda güçlü bir yağışda teraslar çökər.

 

Dozerlərlə Şumlama

Chandler Qoz bağının salınmasında ərazidə  canlı bitki təbəqsi təmizliyi edilir  köklər ərazidən uzaqlaşdırıldıqdan sonra edilməsi gərəkən  mərhələ dərin bir şəkildə şumlamadır. Bu bağ salınmasında vacib bir önəm kəsb edir. Ərazi istərsə düz istərsə təsərüffat üçün istifadə edilməyən bir yer olsun  fərq etmədən şumlanmalıdır. Təsərüffat ərazisində torpaq pulluq , qaz ayağı  və.s kimi aparatlarla maksimum 40 sm dərinliyə çatır.
Bu 40 sm lıq  işlənən torpağn altı istə daş kimi sərtdir buna görə tinglərin kökü 40 sm dən sonra inkişaf edə bilməyəcəkdir. Minimum 90 sm və üzəri olacak bir dərinlikdə şumlama kifayətlidir.


 
Arxa düzədilməsi ( arxa əkim)

Məlumat azlığı və ekstra maliyyət olaraq görülən ölkədə istifadə edilməyən prosesdir. Hər ərazidə olmasada gilli və yeraltı suyu yüksək olan ərazilərdən edilməsi vacibdir. Arxa əkim yağan yağış sonrasında ağacın köklərinin su altında almasına mane olacaqdır varsa yeraltı sudan dolayı kök çürüklərinə əngəl olacaqdır. Bir digər önəmli faktor gilli ərazilərdə bu prosesin görülməsi çok böyük fayda göstərəcəkdir.