Qoz tinginin əkilməsindən əvvəl torpağın hazırlanması

Qoz tinginin əkilməsindən əvvəl torpağın hazırlanması

Qoz tinginin əkin əvvəli toprağın hazırlanması, tingin inkişaf zamanına təsir edir. Torpağın əkindən əvvəl hazırlanması və digər ünsurların diqqətə alınması, tinglərin daha sağlam və sürətli inkişafını təmin edir.

Torpağın hazırlanma vaxtı , iki mərhələyə ayrılır. İlk mərhələdə əkin sahəsinin torpağı analiz edilməlidir. Bu analiz nəticəsində torpağın qoz tinginə uyğun olduğu təsdiqlənərsə, torpağın hazırlanma mərhələsinə keçirilir.

 

Qoz tinginin əkilməsindən əvvəl torpaq analizi.

Torpaq analizi;  Torpaqdakı mövcüd olan bitki qida elementlərinin təyin edilməsi , torpağın keyfiyyət dərəcəsi ölçülərək, əkini ediləcək tinglər üçün uyğun olup olmadığını, hansı maddələrin nə qədər əksiy  olduğunu göstərən bir prosesdir. Torpaq analizi  üçün seçilmiş ərazidən maksimum 50 ha  sahədən 1 nümunə  hazırlanması üçün kifayətdir. Sahə böyüklüyünə görə hər 50 hektar bir torpaq nümunəsi götürülməlidir. Misal üçün 140 hektar bir sahə 3 yerə bölünərək hər bir bölgünün içərisindən fərqli nöqtələrdən götürülən torpaq nümunləri qarışdırılır,  nümunəyə 1-1,5 kq  analiz üçün yetərlidir. Nümunə topraq qarışımı hazırlanarkən nə qədər çok nöqtədən nümunə götürülərsə torpaq analiz bir o qədər düzgün olacaqdır. Daha sonra əldə edildən torpaq nümunələri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə bağlı qurumlarda və özəl laboratoriyalarda analiz edilə bilər. Bəzi üniversitetlərdə də bununla bağlı araşdırmalar aparıla bilər.

 

Qoz tingi üçün torpaq analizi götürülərkən diqqət edilməsi vacib olan bəzi nöqtələr vardır.

İlk növbədə analiz nümunələri əraziyə homogen şəkildə düzgün nöqtələrdən  alınması vacibdir.  Torpaq nümunəsi alınacaq ərazi böyüklüyünə görə gözəyarı bölünərək  hər bölgədə xaç şəkildə çəkilərək mümkün qədər fərqli nöqtələrdən nümunə alınması vacibdir.  Müəyyən edilən nöqtələrdən 0-30cm, 30-60 sm, 60-90sm dərinliklərindəki torpaq profillərindən nümunə götürülməlidir. Həmçinin torpaq nümunəsi götürülmədən əvvəl və ya torpaq nümunələri götürülərkən ərazidə fərqli nöqtələrdən dərin çuxurlar ( 2-3 m) qazılaraq torpaq dərinliyini, torpaq profillərini və yeraltı su səviyəsinə nəzarət etmək vacibdir.

Torpaq analizinin qiymətləndirmə nəticəsində torpağın fiziki quruluşu, yeraltı su səviyyəsi, torpaq dərinliyi və torpaq dəyərləri görə qoz yetiştirilməsi üçün uyğundursa, torpaq əkin üçün hazırlanmalıdır. Torpaq nümunəsi alınacaq nöqtələr müəyyən edilərkən gübrələnən, əhənglənmiş, su yollarına yaxın olan, qalıq gövdələrin yandırıldığı yerlər və heyvan nəcisinin toplandığı bölgələrdən  nümunə götürülməsi  düzgün nəticənin əldə edilməsinə manedir. Bu cür yerlər ərazinin əsl keyfiyətini göstərməz və əldə edilən analizərin cavablarını səhv göstərər.

 

Torpaq Analizinin cavablarının qiymətləndirilməsi.

Qoz bağına investisiya edilcək  ərazinin ekoloji amilləri ( iqlim, yağış, temperatur dəyişikliyi, yamac, şaquli, yüksəklik və.s) qiymətləndirilib  müsbət cavab aldıqdan sonra  əkin  ediləcək torpaq incələnməlidir. Qoz bağı salınacaq torpaqda  bitkinin tələbləri və yetişməsini mənfi təsir edən amillər qiymətləndirlərək investisiyaya qərar verilir. Bunun üçün torpaq da ediləcək kimyəvi və fiziki analizlərin cavabında:

 

 

  • Torpaq Ph  dəyəri: 6.3-7.4  arasında  olması idealdır. 8-dən yukarı olan dəyərlərdə bəzi bitki qida elemetlərinin torpaqdan alınmasını çətinləşdirir
  • Torpağın fiziki quruluşu: gil dərəcəsi yüksək torpaqlarda qoz yetişdirilmə uğursuz olacaqdır.
  • Torpaq dərinliyi :Qoz ağacı mil kök formasına sahib olduğu üçün  2-3 metr  torpaq dərinliyi olduğu yerlədə daha yaxşı yetişir.
  • Torpağın üzvi maddə miqdar:  1,5-2 % üzvi maddə miqdarı və daha artığı daha yaxşı nəticə verir. Üzvi maddə miqdarı aşağı olan torpaqlarda  leonardit, yanmış heyvan nəcisi və.s kimi üsullarla torpaq keyfiyyətini yüksəlir.
  • Duzluluq:  Duzluluq bir çok bitkinin inkişafını mənfi təsir edir.
  • Torpaq quruluşundakı  makro və mikro bitki qida elementli miqdarı. Qoz ağacı torpaqdakı  yüksək dərəcədə bor,natirum və xlor-a həsassdır. Götürələcək torpaq analizləri bu elementləri daha geniş analiz etməlidir.
  • Bütün nəticələr qiymətləndirildiğində torpaqdakı dəyərlər qoz yetiştirilməsinə uyğundursa investitsiya edilə bilər. Torpağın  Ph dəyəri, üzvi maddə miqdarı, bitki qida elementləri üçün müxtəlif üsullarla dəyərləri istənilən dərəcəyə gətirə bilinər, ancaq torpaqdakı  duzluluk , yeraltı su səviyyəsi , torpaq dərinliyi kimi mənfi təsirlərin aradan qaldırılması böyük büdcə tələb edir, belə torpaqlarda  başqa növ bitkilərin yetiştirilməsi məsləhətdir.

 

Qoz tingi üçün torpağin hazırlanması

Qoz ağacı, növündən asılı olaraq kökləri 50 sm  ilə 3 metr arasında dərinliyə gedir. Ting inkişafı və kökün yayılmasının asandlaşdırılması üçün torpağın hazırlanması,  bu nöqtə böyük bir əhəmiyyətə sahibdir. Qoz və meyvə bağları  uzun illər  yetişdirilmə ediləcək sahələr olduğu üçün  bu bağlarda Ting əkimi əvvəli ərazinin təmizliyi ( daş, kök, meşə ağaçları,canlı bitki təmizliyi və.s) ,ərazinin hamarlanması və drenaj sistemin qurulmasından sonra torpaq hazırlıqlarına başlana bilər.

Torpaq becərilməsi  prosesinde ilkin mərhələlərdən biri niperlə (90-100 sm) dərinliyində  şum düzəltmək və şum adlanan təbəqənin qırılaraq düzəldilməsi. Şum təbəqəsi.. illərdi eyni dərinlikdə becərilməsi nəticəsində (30-40sm) torpaq profilində sərt təbəqənin əmələ gəlməsinə səbəb olur.  Ting kök sisteminin daha yaxşı inkişaf etməsi üçün bu sərt təbəqənin qırıldıqdan sonra torpaq hazırlanması baş verə bilər. Torpaq dərin,qoşa və üçlü varinatları ilə  fiziki olaraq əkin üçün hazır vəziyyət gətirilir.

Torpağın hazır olması müddətində bir başqa mərhələdə gübrələməkdir. Bu nöqtədə torpaq analizindən gələn cavablar diqqətə alınır və uyğun gübrələr seçilir. Torpaq analizi nəticəsində üzvi maddə miqdarı yüksəldilməsi, torpak PH-nı bərabərləşdirmək, bitki qida  elementlərini əlavəsi kimi prosesləri  torpaq Hazırlığı zamanında və sonrasında edərək torpaq kimyəvi olaraq hazır vəziyyətə gətirilir. Torpaq üzvi maddə  miqdarını yüksəltmək üçün Yanmış hayvan nəcisi istifadə ediləcəksə , gübrə tam olaraq yanmalıdır. Çünki  tam olaraq yanmayan gübrələr içərisində qurd sürfələri və vəhşi ot toxumları ola bilər.  Belə bir hal isə ərazi üçün ciddi bir vəziyyətdir. Gübrələmə sonrasında əraziniz qoz tinginin əkilməsinə hazır olacaq. İqlim şərtlərinə görə tinglərinizi payız və yaz aylarında əkim edə bilərsiniz.