Qoz Tingləri

Chandler qoz tingi Chandler qoz tingi Agrolidya sizə Chandler qoz tingi satışını, sulama ve gübrələmə sistemlərinin çəkilməsini, qoz bağının salınmasını və yekun bağın təhvil verilməsini, o cümlədən aqronom xidmətini təklif edir. Howard qoz tingi Howard qoz tingi Agrolidya sizə Howard qoz tingi satışını, sulama ve gübrələmə sistemlərinin çəkilməsini, qoz bağının salınmasını və yekun bağın təhvil verilməsini, o cümlədən aqronom xidmətini təklif edir. Fernette qoz tingi Fernette qoz tingi Agrolidya sizə Fernette qoz tingi satışını, sulama ve gübrələmə sistemlərinin çəkilməsini, qoz bağının salınmasını və yekun bağın təhvil verilməsini, o cümlədən aqronom xidmətini təklif edir. Fernor qoz tingi Fernor qoz tingi Agrolidya sizə Fernor qoz tingi satışını, sulama ve gübrələmə sistemlərinin çəkilməsini, qoz bağının salınmasını və yekun bağın təhvil verilməsini, o cümlədən aqronom xidmətini təklif edir. Ronde qoz tingi Ronde qoz tingi Agrolidya sizə Ronde qoz tingi satışını, sulama ve gübrələmə sistemlərinin çəkilməsini, qoz bağının salınmasını və yekun bağın təhvil verilməsini, o cümlədən aqronom xidmətini təklif edir.

Qoz – insan sağlamlığı üçün ən faydalı meyvələrdən biri hesab olunur. Tarixi çox qədim zamanlara gedib çıxan qoz bu gün də qida rasionumuz üçün böyük əhəmiyyət daşıyır. Bu gün qoz istehsalında ciddi artım müşahidə olunur, lakin bəzi hallarda dünya ölkələri daxili istehlak tələbatını qarşılaya bilmədiklərindən onu idxal edirlər. Türkiyə dünyada qoz istehsalına görə 3-cü yerdə gəlsə də, daxili tələbatın yalnız yarısını qarşılaya bilir, yerdə qalan hissəsini isə dünya ölkələrindən idxal edir.

Azərbaycan qoz istehsalına görə dünyada 24-cü yerdədir. Bu baxımdan, Azərbaycanda qoz istehsalının genişləndirilməsi olduqca faydalı bir təşəbbüsdür. Dünya qoz istehsalında Azərbaycanın mövqeyi, yerləşdiyi ərazi və digər ümumi statistikalar nəzərə alındıqda aydın olur ki, həm Azərbaycanda, həm də Türkiyədə qoz istehsalına investisiya ayırmaq sərfəlidir. Bu investisiyanın 2 əsas faydası var: 1) daxili bazarın tələbatını qarşılamaq və idxalı azaltmaq və 2) fərqli istifadə məqsədlərini nəzərə alaraq onun üçün müvafiq bazarın tapılmasının asan olması. Həmçinin, nəzərə almaq lazımdır ki, Azərbaycanda qoz istehsalı hələ də ürəkaçan səviyyədə deyil və potensial bazar var.

Qoz yetişdirilməsi milli kənd təsərrüfatı sektoruna da töhfə verir. Qoza dünyada daim böyük tələbat var, bu baxımdan nə qədər çox istehsal olunsa, bir o qədər yaxşıdır.


Qoz tingi nə vaxt məhsul verir?

Qoz tinglərinin əkilməsi və məhsul verməsi vaxtı ağacların növünə görə dəyişir. Məsələn, yabanı qoz ağacları təxminən 7-10 ildən sonra ilk meyvələrini verir, Agrolidya tərəfindən yetişdirilən peyvəndli və sertifikatlı qoz tingləri isə 4-cü ildə meyvə verməyə başlayır. 


Qoz tinginin növləri

Agrolidya yalnız peyvəndli ting növlərini satışı ilə məşğul olmur, həmçinin, bu tinglərin əkilməsi və onlara qulluq sahəsindəki təcrübələrini də sizinlə bölüşür. İstədiyiniz qoz növünün altındakı linkə daxil olaraq həmin qoz növü haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.
Qoz tinglərinin satışı, peşəkar meyvə bağlarının salınması və digər xidmətlər üçün əlaqə nömrələrimiz, WhatsApp və e-mail vasitəsilə bizmlə əlaqə saxlaya bilərsiniz. 

Qoz tinglərinin satışı, peşəkar meyvə bağlarının salınması və digər xidmətlər üçün əlaqə nömrələrimiz, WhatsApp və e-mail vasitəsilə bizmlə əlaqə saxlaya bilərsiniz.

 

Chandler qoz tingi

Türkiyədə ən çox əkilən qoz tingi hesab olunan Chandler tinginin mənşəyi ABŞ-dır. Bu ting növü Azərbaycanda türk qozu kimi tanınır. Bol məhsulu ilə diqqət çəkən bu qozun meyvəsi orta və iri, qabığı isə nazikdir. 1400 m-ə qədər hündürlüyə malik istənilən bölgədə asanlıqla əkilə bilər.

Türkiyədə və dünyada ən çox əkilən qoz çeşidi kimi tanınır. Chandler qozu qabığından asanlıqla ayrılır. Chandler qoz tingi hündürlüyünə görə dəyişsə də, adətən, məhsul yığımı sentyabr ayında həyata keçirilir. Chandler qoz tingi hətta isti bölgələrdə də yarpaq zərərvericilərinə qarşı davamlıdır.

Chandler qoz tingi o qədər məhsuldardır ki, az qala bütün budaqlarında meyvə verir. Çox məhsul verdiyi üçün yavaş böyüyür, ona görə də ona bəzən “salxım qoz” və ya “cırtdan qoz” da deyilir. Chandler qoz tinginin məhsuldarlığı hətta havanın temperaturu yüksək olan bölgələrdə də yüksəkdir.

Bu qoz tingi suyu sevən ağac növüdür. Təbii ki, qoz tingləri mövsümi yağışlarla suvarılır, lakin onların xüsusilə yay günlərində əlavə suvarmaya ehtiyacı var. Bunun üçün ən uyğun suvarma üsulu kimi damcılı  suvarma sistemləri tövsiyə olunur. İlk illərdə qoz tingləri ərazinin xüsusiyyətlərinə uyğun olaraq 4-6 dəfə suvarılmalıdır. Qoz tinglərinin illik suya ehtiyacı hər ting üçün 1100-1400 mm-dir.

Agrolidya.com saytından peyvəndli, açıq köklü və borulu Chandler qoz tinglərini və bütün digər ting sortlarını təhlükəsiz şəkildə ala bilərsiniz. Şirkətimiz təkcə ting satışı və istehsalı ilə məşğul olmur, həmçinin peşəkar meyvə bağlarının salınmasını da həyata keçirir. A-dan Z-yə bütün texnoloji imkanlara malik Agrolidya dünyanın bir çox yerində meyvə bağları salmaqla məşğuldur. Ting alqı-satqısı və digər xidmətlərimizlə bağlıı istənilən vaxt əlaqə nömrələrimiz vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. Agrolidyanın peşəkar komandası hər zaman xidmətinizdə olacaq.

Agrolidya şirkəti Türkiyənin ən böyük ting istehsalçılarından biridir. Bütün tinglərimiz sertifikatlı və yüksək keyfiyyətlidir. Bu sertifikatlar Türkiyə Cümhuriyyəti Kənd Təsərrüfatı Nazirliyi tərəfindən lazımi yoxlamalardan keçdikdən sonra verilir. Aldığınız tingin sertifikatlı olmasına diqqət yetirməyinizi tövsiyə edirik, belə ki, bu zaman tingin növü, keyfiyyəti, məhsuldarlığı və s. məsələlər dövlət qurumları tərəfindən müvafiq yoxlamalardan sonra müəyyənləşdirilmiş olur.

 

Howard qoz tingi

Pedro qozunun hibridi hesab edilən Howard qoz tingi yarı dik vəziyyətdə böyüyür və çəyirdəyinin nisbəti digər qozlara nisbətən bir qədər aşağı olsa da, keyfiyyəti kifayət qədər yüksəkdir. Chandler qoz tinginin meyvələri ilə müqayisədə onların ölçüləri daha kiçik və qabıqları daha qalındır. Tac quruluşuna görə kiçik ərazilərdə əkilməsi sərfəlidir. Sıx-sıx budanılsa təkrar əkinə uyğundur. Əkin məsafələri 7x5, 7,5x3,5 və 6x4 m-dir. Müəyyən etdiyimiz intervalları bir-birinə vuraraq kvadrat metrə düşən qozun sayını, tozlandırıcı sortları nəzərə alaraq bir dekara düşən qoz sayını hesablamaq mümkündür.

 

Fernette qoz tingi

Franquette və Lara qoz tinglərinin çarpazlaşdırılması ilə əldə edilən Fernette qoz tingi kontinental iqlim bölgələrinə uyğun, şaxtalı bölgələrdə və yüksək dağlıq ərazilərdə yetişdirilə bilən alternativ bir ting növüdür. Məhsul yığımı vaxtı müxtəlif olsa da, ümumiyyətlə sentyabrın sonuna doğru həyata keçirilir. Meyvələri yüksək keyfiyyətlidir, böyük ölçüdə olur və uzun müddət saxlamağa uyğundur. Fernor qoz tingi bu tinglə ilə eyni vaxtda yetişdiyinə görə (hər iki növ ting may ayında çiçəkləyir), həmçinin, bütün iqlim tələblərinə uyğunlaşa bildiyi üçün onun tozlandırıcısı kimi seçilə bilər. Aparılan tədqiqatlara əsasən, qozun orta daxili çəkisi 7-7,5 qr təşkil edir. Daxili səmərəlilik nisbətinin 50%-dir. Meyvənin daxili rəngi ağdır. Tingin əsas xüsusiyyətlərindən biri də ətraf budaqlarının məhsuldarlığının kifayət qədər yaxşı olmasıdır.

Fernette qoz tinginin tozlandırıcı kimi digər bir üstünlüyü də əsas çeşidin dəyərini və keyfiyyətini artırmasıdır. Fernette qoz tinginin meyvələri qabıqdan asanlıqla ayrıldığı üçün tozlandırılan sortda müsbət təsir göstərir.

1800 metr yüksəkliyə qədər boy atan Fernette qoz tingi soyuq iqlimə malik bölgələrə uyğunlaşa bilən növdür.

 

Fernor qoz tingi

Fernor qoz tingi xüsusiyyətlərinə görə Azərbaycanda və Türkiyədə ən çox seçilən tinglər arasındadır. Fransız mənşəli olan bu ting adətən şaxtanın gec düşdüyü bölgələrdə əkilir. Yazda soyuq hava şəraiti davam edərsə, bəzi tinglər zədələnə bilir.

Fernor qoz tingi gec çiçəklənən bir növ olduğundan hava şəraitindən mənfi təsirlənmir və zədələnmir. Meyvələri ovaldır və qabığından asanlıqla ayrılır. Ləpələrin təxmini çəkisi 17,4 qr-dır. Fernor qoz tinginin 1000 və 1200 m hündürlükdən yuxarı yerlərdə əkilməsi və böyüməsi daha asandır.

 

Ronde qoz tingi

Ronde qoz tingi ən yaxşı tozlandırıcı növlərdən biridir. Effektivlik baxımından da olduqca yaxşıdır. Dadlı və keyfiyyətli meyvələrə malik olan Ronde qoz tingi kifayət qədər gec çiçəkləyir və erkən məhsul verir. Chandler və Fernor qoz tingləri üçün ideal tozlandırıcı hesab olunur. Çox güclü gövdə quruluşuna malik olduğu üçün davamlı növ kimi tanınır.

 

Sertifikatlı qoz tingləri və peşəkar meyvə bağlarının salınması haqqında ətraflı məlumat üçün əlaqə nömrələrimiz, WhatsApp və e-mail vasitəsilə ilə bizimlə əlaqə saxlaya bilərsiniz. Agrolidya-nın peşəkar komandası hər zaman xidmətinizdədir.