Saqqız Ağacı Ting Kökü

Saqqız Ağacı Ting Kökü

Saqqız Ağacı Ting Kökü Nədir? Əsas Xüsusiyyətləri Nələrdir?

Saqqız ağacı ting kökü və ya saqqız ağacı (latınca Pistacia Lentiscus) Aralıq dənizi iqlimin hakim olduğu bölgələrdə yetişir. Saqqız ağacı, xüsusilə də, Qərbi Egey bölgəsində Çeşmə və Karaburun arasındakı bölgədə intensiv olaraq yetişdirilir. Bölgə üzrə ən geniş yayıldığı ərazi isə Yunanıstandakı Saqqız adasıdır. Saqqız ağacı əsasən saqqız istehsalı üçün yetişdirilir və tarixi antik dövrlərə qədər gedib çıxır.

 

Saqqız Ağacı Ting Kökünün əsas xüsusiyyətləri

Dik və silindr formalı sağdam gövdəyə malik olan saqqız ağacı yarpaqlarını tökmür. İlin hər mövsümündə yaşıl qalır. Qırmızımtraq və qara rəngli balaca meyvələri var.
Özünəməxsus xoş ətri və dekorativ görkəmi ilə seçilən saqqız ağacı bağ salınması zamanı istifadə olunur. Boyları 6 m-ə qədər uzana bilir, kökləri isə 25 m dərinliyə qədər enə bilər. Bu xüsusiyyətlərinə görə eroziyanın qarşısını alır. Saqqız ağacı tingi şiddətli bir yanğın baş versə belə dərin kökləri səbəbindən özünü yeniləyə bilər. Dərindəki kökləri əncir və zeytun ağacları ilə müqayisədə quraqlığa daha çox dayanıqlıdır.
Qabığı qəhvəyi rəngdədir, qabığının içində isə kanifol kanalları var. Bu kanallardan 5 yaşından etibarən saqqız (mastix) ifraz olunur. 15 yaşına çatanda illik ortalama 1-1.2 kq saqqız ifraz edir. Saqqızın qiyməti isə keyfiyyətinə görə dəyişir.
Şoranlığa qarşı dözümlü olan saqqız ağacı ting kökü gec böyüyür. Bununla birlikdə, 100 ilə yaxın yaşayır. Bu müddətin 70-80 ilində keyfiyyətli saqqız ifraz edir. Əldə edilən saqqız saqqız istehsalı başda olmaqla, bir çox digər sahələrdə istifadə olunduğuna görə kommersiya baxımından dəyərli bir maddədir.