Saqqız Ağacı Tingi

Saqqız Ağacı Tingi

Saqqız ağacı tingi dibçəkdə yetişdirilir. 20-40 sm uzunluğunda olan ting dekorativ görkəmi və xoş ətri ilə bağ salınması zamanı istifadə olunur. Saqqız ağacı əsasən saqqız istehsalı üçün yetişdirilir.
Saqqız ağacı Türkiyədə Aralıq dənizi iqlimin hakim olduğu bölgələrdə yetişir. Xüsusilə də, Çeşmə və Karaburun arasındakı bölgədə intensiv olaraq yetişdirilir. Bölgə üzrə ən geniş yayıldığı ərazi isə Yunanıstandakı Saqqız adasıdır (adını da ağacdan götürüb).


Saqqız Ağacı Tinginin Xüsusiyyətləri

Saqqız ağacı ilin hər dönəmində yaşıl olması və torpağı qaplamasına görə məşhurdur. Həmçinin, təbii ovma bitkisidir və bu xüsusiyyətlərinə görə 100 ildən də çox yaşaya bilər. Düzgün budama və qulluq nəticəsində tinglərin hündürlüyü 4-6 m-dək çata bilər, kökləri isə 25 m dərinə gedə bilər. Bu xüsusiyyət sayəsində eroziyanın qarşısını ala bilir, həmçinin, quraqlığa qarşı dözümlüdür. Saqqız ağacı tingi şiddətli bir yanğın baş versə belə dərin kökləri səbəbindən özünü yeniləyə bilər.
Tinglər əkildikdən təqribən 5 il sonra saqqız ifraz etməyə başlayır. 15 yaşına çatanda 1-1.2 kq saqqız ifraz edir. Ömrünün 70-80-ci illərində keyfiyyətli saqqız ifraz etməyə başlayır. Məlum olduğu kimi, saqqız bir çox sahələrdə istifadə olunduğuna görə kommersiya baxımından dəyərli bir maddədir.


Saqqız Ağacı Tinginin Əkini

Saqqız ağacını çoxaltmanın fərqli üsulları var. Onlardan biri də toxumdan ting yetişdirməkdir. Ancaq bu zaman saqqızın effektivliyi aşağı düşə bilər. Ona görə də, bu üsul tövsiyə olunmur.
Saqqız ağacı tinginin əkini zamanı əkin məsafəsi 3-5 m arasında olur. Cərgəli əkinlərdə 4-5 m, tək cərgə əkinlərdə isə 3 m əkin məsafəsi olmalıdır. Düzgün formada həyata keçirilən əkin və sonrakı qulluq əldə olunan saqqız miqdarına birbaşa təsir edir.
Saqqız ağacı tinginin əkinindən sonra budama mərhələsi gəlir və bu mərhələ çox önəmlidir. Əgər budama vaxtında və doğru şəkildə həyata keçirilməsə, əldə olunan saqqızın miqdarı azalacaq. Budama 15 iyundan başlayaraq aparılmalı və gövdənin günəş görməsinə xüsusilə diqqət edilməlidir. Bundan əlavə, torpaq analizi nəticəsində müəyyənləşdirilən heyvan mənşəli gübrələrin də istifadə olunması tövsiyə olunur.