Suvarma Sistemlərinin Qurulması

Suvarma Sistemlərinin Qurulması

Agrolidyanın torpağı deyil, bitki kökünü “qidalandırmağ”ı hədəfləyən suvarma və gübrələmə metodu sayəsində artıq daha sağlam və məhsuldar meyvə bağlarının salınması mümkündür.

Bu gün dünyanın üzləşdiyi quraqlıq,  şoranlaşma və yeraltı su qaynaqlarının ciddi şəkildə azalması kimi problemlər əkin prosesində açar rol oynayan suvarma sistemlərinin önəmini bizə göstərir.

Lazım olan vaxtda və lazımi miqdarda suvarma məhsuldarlıq üçün həyati önəm daşıyır. Agrolidya olaraq sizi bu mövzuda düzgün şəkildə istiqamətləndirir, suyun bərabər paylanmasına əsaslanan suvarma sistemlərinin qurulmasına dair texniki dəstəyimizi sizə göstəririk. Məqsədimiz – sizi doğru istiqamətləndirməkdir.