Aronia Tingi

Aronia Tingi

Aronia tingi Şimali Amerika qitəsində təbii şəkildə yetişən yerli bitkilərindən biridir. Yüzillər boyunca bu bitki yerli xalq tərəfindən müalicəvi bitki kimi istifadə olunub. Nəticədə, qurudulmuş meyvəsi yeməklərə əlavə olunub, yarpaqlarından çay hazırlanıb və istehlak edilib. Texnologiyanın inkişafı nəticəsində onun tibbi faydaları da elmi surətdə təsdiqlənib və bitki məşhurlaşmağa başlayıb. Hazırda bir çox ölkədə yetişdirilir. Türkiyədə isə yaxın illərdən etibarən yetişdirilir.
Aronia bitkisinin keçmişi yüzillər əvvələ gedib çıxsa da, Türkiyədə bu bitki ilk dəfə 2015-ci ildə yetişdirilib.


Aronia Tinginin Xüsusiyyətləri

Aronia tingi Şimali Amerika mənşəli bir bitkidir. İlk əkindən 2-3 il sonra məhsul verir. Yaxşı qulluq göstərildikdə onun qara rəngli meyvələrini daha tez əldə etmək mümkündür. Həmçinin, düzgün ting seçimi və keyfiyyətli qulluq nəticəsində meyvə vermə müddəti daha da sürətlənir.
Aronia bitkisi antioksidant baxımından zəngindir. Həcm və ölçü baxımından qiymətləndirsək, antioksidant baxımından ən zəngin meyvələrdən biri sayıla bilər. Həmçinin, zəngin mineral və vitamin mənbəyidir. D vitamini və B12 vitamini istisna olmaqla, yerdə qalan bütün vitaminlərə malikdir. Sadalanan bu xüsusiyyətlərinə görə onu super meyvə də adlandırırlar. Sağlamlıq və fayda baxımından qiymətləndirsək, onu əsas xüsusiyyətləri aşağıdakılardır:

  • Soyuğa qarşı kifayət qədər dayanıqlıdır (-25 dərəcəyə qədər);
  • Nəmli və günəşli bölgələri sevir;
  • Əhəngli torpaqları sevmir, buna görə də belə ərazilərdə inkişaf etmir və ya çox ləng böyüyür;
  • Kol formalı bitkidir;
  • Payızda yarpaqları qızarır;
  • Yarpaqlarının xoşagələn formasına görə dekorativ məqsədli də istifadə olunur;
  • Yazda çiçək açır, avqust ayında isə meyvəsi tam yetişir.
  •  

Güllər ailəsinə aid olan aronia bitkisinin ümumi xüsusiyyətləri bunlardır. Bu bitki həmçinin Black Chokeberry və Aronia Berry olaraq da tanınır.


Aronia Tinginin Əkini

Aronia tinginin əkini üçün ən uyğun mövsüm yaz aylarıdır. Şərtlər uyğun olduqda digər mövsümlərdə də əkilə bilər. Xüsusilə də, borulu tinglər və dibçək tingləri istənilən vaxtı əkilə bilər. Əkin məsafəsi 0.6x4 m olaraq müəyyənləşdirilir. Ərazinin xüsusiyyətlərindən asılı olaraq fərqli əkin məsafələri də tətbiq oluna bilər.
Əkindən sonra mütəmadi şəkildə suvarılması sonrakı inkişafı sürətləndirir. Əkin üçün yaxşı drenajlı və yüngül gilli torpaqlara üstünlük verilir. Bu zaman əsasən keçiriciliyi olmayan və sıx torpaqlara üstünlük verilməməlidir. Əkin zamanı gübrədən istifadə olunması inkişaf prosesini sürətləndirir və erkən məhsuldarlığa səbəb olur.