Avokado Toxumu Ting Kökü

Avokado Toxumu Ting Kökü

Avokado toxumu ting kökü, avokado yetişdirilməsində peyvəndlə çoxalma zamanı xüsusi əhəmiyyətə malikdir. Toxumdan yetişdirilən ting kökləri daha sonra istənilən növlə peyvəndlənir. Nəticədə, istənilən növ çoxaldılır.
Peyvənd vasitəsilə çoxaltma zamanı yaxşı nəticələr əldə etmək üçün keyfiyyətli və doğru ting kökləri seçilməlidir. Sağlam ting kökləri sonrakı məhsuldarlıq üçün də vacibdir.
Avokado kommersiya baxımından olduqca dəyərli bir meyvədir və dəyəri günü-gündən artır. Qiyməti dollarla indeksasiya olunduğu üçün Türkiyədəki istehsalçılar üçün də sərfəli bir seçimdir. Bu səbəbdən də, son illərdə Aralıq dənizi bölgəsində avokado bağçalarının sayı günü-gündən artır.

 

Avokado Toxumu Ting Kökünün xüsusiyyətləri

Avokado toxumu ting kökünün xüsusiyyətləti toxumdan asılı olaraq dəyişə bilər. Bu zaman əsas məsələ tingin kök olaraq istifadə edilməsidir. Ting kökünün sağlam və keyfiyyətli olması ən vacib nüansdır. Yetişdirildiyi andan etibarən hər bir mərhələdə lazımi budanma və digər qulluq qaydalarına əməl olunması tingin sonrakı inkişafını zəmanət altına alır.


Toxumdan əldə edilən ting köklərinin önəmi seçilən növdən asılı olaraq dəyişir. Qeyd olunan avokado toxumu ting kökü Türkiyədə yetişdirilən bütün növlər üçün əlverişlidir. Bu kök peyvəndləmə yolu ilə digər növə çevrilə və yüksək məhsuldarlıq göstərə bilər.
Türkiyədə yetişdirilən əsas avokado növlərinə Pinkerton, Hass, Zutano, Bacon və Fuerte daxildir. Bu növlərin hər birinin özünəməxsus xüsuiyyətləri var. Ting kökü seçimi zamanı bu xüsusiyyətləri nəzərə almaq lazımdır. 
Avokado toxumu ting kökü sifarişlərinizi dərhal hazır edir və istənilən ünvana göndəririk. Və ən əsası, daşınma əsnasında tinglər zədələnməsin deyə lazımi bütün tədbirləri alırıq ki, onları sizə sağ-salamat çatdıraq.