Extreme July Şaftalı Tingi

Extreme July Şaftalı Tingi

Extreme July şaftalı növü də Provedo şaftalı çeşidlərindən biridir. Provedo-Caval tərəfindən 2001-ci ildə həyata keçirilən çarpazlama prosesi nəticəsində əldə olunan Badajoz-İspaniya mənşəli bir növdür.

Sarı lətli şaftalı tingləri sinfinə daxil olan bu sortun meyvələri sarı, lətli və iri quruluşa malikdir. Meyvəsi kürə formasındadır.

Extreme July şaftalı sortunun meyvəsi olduqca şirindir, sulu və xırtıltılı quruluşa malikdir. Meyvəsinin şirinliyi yüksək, turşluğu aşağıdır. Meyvələr çıxıntısızdır. Qabıq rəngi sarı fonda parlaq qırmızı rəngdə və tüksüzdür. Aroması və parlaq rənginə görə insanları cəlb edir. Uzun saxlama müddətinə görə ixracatçılar tərəfindən bu növə üstünlük verilir.

Ağacın xüsusiyyətlərinə gəldikdə, gövdəsi möhkəmdir, yarı səpələnmiş və sürətli şəkildə böyüyür. Çox məhsuldar çeşiddir. Bölgə və iqlim şəraiti kimi faktorlara görə məhsul yığım tarixi dəyişsə də, ümumilikdə, 10-20 iyul tarixləri arası əsas götürülür. Adanada meyvə yığımı vaxtı 22 iyun olduğu halda, Tokatda 27 iyul tarixinə təsadüf edir. GF677 ting kökünə peyvənd edilmiş sortlar soyuğa qarşı ekstra davamlıdır. Extreme July şaftalı sortunun orta meyvə çəkisi 220 qr-dır. Meyvə diametri mövsümi şaftalılarla müqayisədə daha böyükdür.

 

Extreme July şaftalı çeşidi gec çiçək açdığı üçün yaz donvurmalarına qarşı dözümlüdür. Meyvə tutumu çox yaxşıdır. Hər il müntəzəm və yüksək məhsuldarlıqla məhsul əldə etmək mümkündür. Ancaq bütün xüsusiyyətlər ağaca göstərilən qulluqdan asılıdır. Bu ting olduqca potensiallıdır, lakin bu potensialı üzə çıxarmaq üçün onu yaxşı qidalandırmaq və lazımi vaxtda düzgün qulluq etmək lazımdır.

Xüsusi qeyd: təkcə Extreme July şaftalı çeşidinin deyil, hazırda bazarda olan Extreme və Fresh şaftalı sortlarının hamısının vernalizasiyaya böyük ehtiyacı var. Başqa sözlə, onların böyüməsi və inkişafını tamamlaması üçün böyümə dövründə müəyyən bir soyudulma prosesindən keçməlidirlər. Soyudulma ehtiyacı 400 ilə 1000 saat arasında dəyişir. Extreme July növü Afyon ərazisində maksimum məhsuldarlıq götərir.

 

Extreme July şaftalı tingi hansı hündürlükdə olan ərazilərdə yetişdirilir?

Həm alçaq, həm də yüksək dağlıq ərazilərdə asanlıqla becərilir. Bu səbəbdən onun yetişdiriləcəyi ərazilər çox genişdir. Məsələn, İzmir kimi dəniz səviyyəsindən 1000-1200 m aşağıda yerləşən alçaq bölgələrdə belə yetişdirilə bilər.

 

Extreme July şaftalının növünün qulluğu, əkini və digər xüsusiyyətləri necədir?

Budanma zamanı “Goble” sisteminə üstünlük verilir. Budaqları bir az seyrəltməklə yüksək keyfiyyətli meyvə əldə etmək mümkündür. Bu növ çox gec çiçəkləyir, ona görə də donvurmadan təsirlənmə riski aşağıdır. Həmçinin, çiçəkləri zəng formasında olduğuna görə də gec donvurmalara qarşı daha müqavimətlidir.

 

Extreme July Şaftalı tinginin əkin intervalı nə qədərdir? 1 hektar ərazidə neçə Extreme July şaftalı tingi əkilir?

3x5 m-lik əkin modeli ilə əkilə bilər. Bu şəkildə əkilirsə, hər dekara təxminən 65 ting düşür. 5 yaşlı tinglərin hər dekardan gözlənilən məhsuldarlığı 2.5 ton civarında olur. Bu, səmərəlilik baxımından olduqca yaxşı bir göstəricidir.

 

Extreme July şaftalı tinginin qiyməti necədir?

Bütün meyvə tinglərinin qiymətləri və xüsusiyyətləri haqqında ətraflı məlumat almaq üçün Agrolidya.com saytının müvafiq bölməsinə daxil ola və istədiyiniz tingi sifariş edə bilərsiniz.