Fernor qoz tingi: sərfəli, məhsuldar və ləzzətli

Fernor qoz tingi: sərfəli, məhsuldar və ləzzətli

Əziz izləyicilərimiz, bu məqaləni sona qədər oxumaqla Franquette və Lara qoz növlərinin calağı olan Fernor qoz tingi haqqında ətraflı məlumata sahib olacaqsınız. Ən vacibi isə, fernor qoz tinginin əkini, gübrələnməsi, suvarılması və budanması ilə bağlı sizi maraqlandıran bütün suallara cavab tapacaqsınız.

 

Fernor qoz tinginin hansı xüsusiyyətləri var?

Fernor qoz tingi ilk dəfə 1995-ci ildə FransanınKənd Təsərrüfatıüzrə Milli Araşdırmalar İnstitutu (“INRAE-Bordeauz”) tərəfindən təkmilləşdirilmişdir və fransız mənşəli tinglər arasında çox məşhurdur.

Calaq növü olmasına baxmayaraq, Chandler tingi ilə müqayisədə daha gec yetişir. Bununla birlikdə, məhsul yığımı Chandler-dən daha tez başlayır. Bu isə o deməkdir ki, vegetasiya müddəti qısa olan bölgələrdə rahatlıqla yetişdirmək mümkündür. Baharın əvvəli və payızın sonlarında baş verən donvurmaya qarşı müqavimətlidir, ona görə də riskli ərazilərdə də yetişdirmək mümkündür. Bu zaman nəzərə almalıyıq ki, keyfiyyətli qoz yetişdirmək üçün əsas məsələlərdən biri də əkin ərazisində tozlandırıcıların olmasıdır.

Fernor qoz tinginin tozlandırıcıları Franquette, Fernette və Ronde növləri olsa da, ən çox istifadə olunan növ Fernette-dir. Fernor qoz tingi yarı dik vəziyyətdə boy atır. Meyvələrinin qabığı nazik, forması uzunsovdur. Qabığı asanlıqla qırılır. Yetkin ağac dik olsa da, çox hündür olmur. Payızda ən tez, yazda isə ən geç çiçəkləyən qoz tinglərindən biridir.

Türkiyədə Mərkəzi və Şərqi Anadolu bölgələrində daha çox yetişdirilir. Həm təzə-təzə, həm də quru halda istehlak edilir və meyvəsi olduqca ləzzətlidir. Meyvəsinin forması oval, səthi hamardır. Yağlılığı təqribən 50%-dir. Mütəmadi budamalar nəticəsində məhsuldarlığı artırmaq mümkündür. İlk zamanlar bir az ləng inkişaf etsə də, sonradan böyümə sürəti artır. Meyvə və qabıq nisbəti 50%-ə yaxındır. Bir budaqda təxminən 1-5 arası salxımdan ibarət olan meyvələr olur. 1 ili tamam olandan sonra bar verir. Bütün bu  müsbət xüsusiyyətlərinə görə ən çox satılan qoz tingləri arasında birinci yerdə Chandler, ikinci yerdə isə Fernor növü gəlir. Kommersiya baxımından olduqca səmərəli və gəlirli bir növdür. Fermerlərin bu ting növünə üstünlük verməsinin digər bir səbəbi isə tez məhsul verməsidir. Bundan əlavə, Fernor tingini ildə 800-1000 saat arası aşağı temperaturda soyuğa məruz qoymaq lazımdır ki, daha məhsuldar olsun.

Fernor qoz tinginin əkini zamanı nələrə diqqət edilməlidir?

Əkin məsafəsi bir çox faktorlardan asılı olaraq dəyişir. Ümumi qəbul olunmuş məsafələr 4x8 və 5x7 m-dir.

Fernor qoz tingi nə qədər boy ata bilər?

Fernor qoz tingi 1700, bəzi hallarda isə 1800 m-ə qədər boy ata bilir. Soyuq iqlimlərə asanlıqla uyğunlaşan bu növün məhsul yığımı əsasən Sentyabr ayına təsadüf edir.

 

 

Fernor qoz tinginə qulluq necə olmalıdır?

Digər qoz tinglərində olduğu kimi, Fernor qoz tinginin yetişdirilməsi zamanı da torpaq növü, iqlim, ərazi seçimi, suvarma intensivliyi və müddəti diqqətə alınmalıdır. Torpağın drenajı, su saxlama potensialı, suvarma mənbəyi və iqlim şərtləri kimi məsələlər də nəzərə alınmalıdır. Bir şeyi xüsusi vurğulamaq istərdik: hər hansı bir əraziyə çox, yaxud az yağıntı düşməsi yox, bu yağıntıların hansı mövsümlərdə düşməsi daha böyük əhəmiyyət daşıyır. Ferner nümunəsini ələ alaq: əvvəl ting əkilir və daha sonra ilk dəfə sulanır. Suvarmanın məqsədi meyvələrin məhsuldarlıq və keyfiyyətini artırmaqdır. Suvarma əsasən yaz fəslinin sonunda başlayır. Ərazi məhsul yığımından əvvəl 15-20 gün müddətində suvarılmamalıdır.

Budanmanın əsas məqsədi ağac gövdəsini daha sağlam və daha məhsuldar olmaqdır. İlk illərdə budanma zamanı ağacın yuxarı uc nöqtəsi kəsilir. Budanma nəticəsində ağacın alacağı forma isə özlüyündə qoz tinginin növü və budanma intensivliyindən asılıdır.

Fernor qoz tinginin məhsuldarlığı necədir?

Fernor qoz tinginin məhsuldarlığı ekolji səbəblər və tingin yaşından asılıdır. Cavan ağaclarda məhsuldarlıq 30-40 kq, yaşı 10 ildən yuxarı olan ağaclarda daha çox olur. Bir sıra araşdırmalara görə, bu ting növü 5 yaşından etibarən 50 kq-a qədər meyvə verə bilər.

Fernor qoz tinginin qiymətləri necədir?

Fernor qoz tingi də daxil olmaqla, bütün tinglərimizin satış qiymətləri haqqında ətraflı məlumat almaq üçün www.agrolidya.az saytına daxil ola bilərsiniz.