Laurenne Badam Tinginin Xüsusiyyətləri  

Laurenne Badam Tinginin Xüsusiyyətləri  

Laurenne badam növünün mənşəyi Fransa hesab olunur. Olduqca məhsuldar badam növlərindən biri olan Laurenne tinglərinin gövdəsi də möhkəmdir. Meyvələri orta böyüklükdə və uzunsov-elliptik formadadır. Laurenne badam növünün meyvələri yarıbərk qabıqlı olması ilə seçilir və “Ferragnes Toulo” ağacının hibridi kimi çarpazlama yolu ilə əldə edilmişdir. Yetişkin ağac geç çiçək açsa da, bol məhsul verir və tumurcuqlarının, demək olar ki, yarısı meyvəyə çevrilir. Laurenne badam növü uzun ömürlü olması ilə də tanınır. Məhsul yığımı sentyabrda həyata keçirilir. Anbarlarda uzun müddət saxlanması mümkündür.

 

Cinsi: Badam

Növü: Laurenne

Mənşəyi: Fransa

Çiçəkləmə vaxtı: Gec

Ağac növü: sərt, yarı dik

Meyvənin böyüklüyü: Orta böyüklükdə

Ləpəsi: Tünd qəhvəyi, ləpə məhsuldarlığı - 35-40%

Meyvənin qabığı: Qəhvəyi, qoşa meyvə ehtimalı 3-10%

Meyvənin forması: Uzunsov elliptik

Meyvənin keyfiyyəti: Yüksək keyfiyyətli

Tozlandırıcıları: Texas növü

Məhsul yığım vaxtı: Sentyabr ayı boyunca

Anbarda saxlama müddəti: Uzun müddət

Digər xüsusiyyətləri: Digər badam növləri ilə müqayisədə daha gec çiçəklədiyi üçün donvurmadan qorumaq və əlverişli yerlərdə yetişdirmək tövsiyə olunur.